Bəs hanı 120 min sakin, Vardanyan?- Xankəndində sönük aksiya


Xankəndinin mərkəzində bir qrup erməni “aksiya” keçirməyə cəhd göstərib. Lakin bu “aksiya”da təşkilatçıların gözlədiklərinin tam əksinə olaraq, 500-ə yaxın erməni iştirak edir.
Musavat.com xəbər verir ki, bu fakt bir daha Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda, guya orada “humanitar fəlakət”in yaşanması ilə bağlı irəli sürülən iddiaları tam şəkildə ifşa edir.
 Erməni rəsmiləri iddia edirdilər ki, guya Xankəndidə 120 min erməni yaşayır, azərbaycanlıların dinc aksiyasından guya narahatdırlar və aksiyaya gələcəklər. Ancaq onların özlərini ifşa edən aksiyalarından belə nəticəyə gəlmək olur ki, rəsmilər hər dəfə olduğu kimi bu məsələdə də həqiqətləri gizlədirlər.
İddia edirdilər ki, guya bundan öncə keçirilən mitinqlərinə 40-50 min adam qatılıb. Bəs, bu dəfə nə baş verdi? Niyə həmin adamlar mitinqə gəlmədilər? Yoxsa, bu dəfə İrəvandan erməni daşıya bilmədilər?
Xatırladaq ki, bu günlərdə açıqlama verən erməni politoloq Armen Baqdasaryan da demişdi ki, Qarabağda 120 min erməninin yaşadığı haqqında statistika uydurmadır: “Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”,-deyə erməni həqiqətləri bildirmişdi.



Tarix: 24-12-2022, 21:05
Xəbəri paylaş





Xəbər lenti