Qondarma rejimin saxta mitinq sevdası: Zorla, hədə ilə, rüşvətlə adam yığırlar – YENİLƏNİB
Xankəndidə keçirilməsi gözlənilən mitinqlə bağlı yeni detallar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, separatçı rejimin qondarma “rəhbərliy”i aksiyada maksimum kütləvilik yaratmaq üçün bütün inzibati təşkilatlara tapşırıqlar verib.
Belə ki, ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avrobuslar ayrılıb. Kimsə öz şəxsi avtomobili ilə galmək istəsə, onlar üçün hətta pulsuz yanacaq nəzərdə tutulub.
Təşviqat kampaniyası bununla bitmir. Qondarma rəhbərlik sırf adam sayını çox göstərmək üçün mitinqə gələn hər şəxs üçün 30-40 dollar ödəməyi nəzərdə tutub. Hadisə yerindən çəkiliş etmək istəyənlər üçün isə pulsuz internet paketləri verilir.
Əldə olunan məlumatlardan belə aydın olur ki, insanları mitinqə cəlb etmək üçün təkcə təşviqatdan deyil, bir çox hallarda hədə-qorxudan da istifadə edilir. Belə ki, müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, aksiyaya gəlməsələr, işdən qovulacaqlar.
Qondarma rejimin diplomları heç bir yerdə tanınmayan “ali məktəb”lərində “təhsil alan” tələbələrinə tapşırılıb ki, aksiyaya qatılmayacaqları təqdirdə ciddi problemlərlə üzləşəcəklər.
Hətta aksiyanın çəkilişi xüsusi şirkətə tapşırılıb və bütün bu tədbirlər fayda verməyəcəyi təqdirdə belə maksimum kütləvilik nümayiş etdirilməsi tələbi qoyulub.
***
Qanunsuz erməni dəstələri bu gün saat 14.00-da Xankəndində mitinq planlaşdırır. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.
Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara belə tapşırıq verilib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etsinlər.
Qarabağda yaşayan sadə ermənilər ailəlikcə mitinqə zorla çağrılır.
Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.
Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.
Tarix: 25-12-2022, 15:20