Ermənistan deputatı Qarabağı Azərbaycanla dialoqa çağırır
Hazırda yaranmış böhranlı vəziyyətdə “Dağlıq Qarabağ hakimiyyəti” Laçın dəhlizinin bağlanmasına görə Azərbaycan hakimiyyəti ilə dialoq qurmağa cəhd göstərməlidir.
Bunu AzadlıqRadiosunun Erməni xidmətinin –
Azatutyun telekanalına Ermənistan Milli Məclisinin hakim Vətəndaş müqaviləsi partiyasından millət vəkili
Arsen Torosyan deyib:
“Biz bilirik ki, uğursuz cəhdlər olub. Amma vəziyyətin kəskinliyini və yolverilməz fəlakətə aparan humanitar böhranı nəzərə alsaq, bu dialoq Qarabağın və bizim hamımızın marağındadır”.Aparıcının “Azərbaycan “Dağlıq Qarabağın dövlət naziri”
Ruben Vardanyanla danışıq aparmaq niyyətində deyil” replikasına cavab olaraq Arsen Torosyan deyib ki, Qarabağda “azad və ədalətli seçki ilə seçilmiş hakimiyyət var və bu seçkini hələki heç kəs ləğv etməyib” cavabını verib:
“Mən düşünmürəm ki, təyin olunmuş məmurlar seçkili hakimiyyətin addımlarına mane ola bilər. Və ümumiyyətlə, adamların tələbləri adətən təyin edilmiş şəxslərdən yox, seçkili hakimiyyətlərdən gəlir. Ona görə ki, təyin olunanlar dəyişə bilər. Mən hesab edirəm ki, həm Qarabağ hakimiyyəti və xalqın özü öz hakimiyyətini bu dialoqu, dalana salmağa, ondan imtina etməyə (bunlar da pis nəticələrə səbəb ola bilər) yox, qurmağa çağırmalıdır”.Azadlıq radiosu
Tarix: 1-01-2023, 11:17