"Dünya erməniləri üçün Laçın dəhlizinin açılması bir neçə saatlıq məsələ idi" - Kazinyan
“Dünya erməniləri üçün Laçın dəhlizinin açılması bir neçə saatlıq məsələ idi”.KONKRET.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının rəhbəri, hüquqşünas Artur Kazinyan deyib.
“Çətin vəziyyətdə Ermənistan və Qarabağın baxışları yenidən xaricdəki erməni dünyasına yönəlib və oradan dəstək gözləyir.
Amma onlar etiraf etmək istəmirlər ki, erməni dünyası hətta Ermənistan və Qarabağdakından daha çox parçalanıb. Təşkil edilmiş strukturların əksəriyyəti dağılıb və nizamsızdır.
Bu vəziyyətdə erməni dünyasının geniş konsolidasiyasını gözləmək sadəcə olaraq mümkün deyil. Xüsusən ona görə ki, Ermənistan hakimiyyəti bu istiqamətdə nəinki lazımi tədbirlər görmür, hətta erməni dünyasını parçalamaqda və atmosferin yaradılmasında birbaşa iştirak edib. Müxtəlif qruplar və fərdlər arasında nifrət və dözümsüzlük hökm sürür.
Beş ilə yaxındır ki, milləti parçalamaq, ayrı-ayrı təbəqələri, qrupları, insanları bir-birinə qarşı qoymaq, nifrət, düşmənçilik toxumu səpmək olmaz deyə qışqırdıq. Dünya ermənilərini milli ideya formalaşdırmaq, birlik yaratmaq lazım olduğunu başa saldıq.
Amma bizdə olanlara baxaq.
Qısaca deyim. Türkiyə Ermənistandan qorxmur. Türkiyə konsolidasiya edilmiş və mütəşəkkil erməni dünyasından qorxur. Çünki o, erməni dünyasının hansı gücə malik olduğunu, Ermənistan və Qarabağ üçün nə edə biləcəyini yaxşı bilir.
Birləşmiş və mütəşəkkil qlobal ermənilər üçün Laçın dəhlizinin açılması saatlar məsələsi idi”, – deyə Kazinyan bildirib.
Tarix: 5-01-2023, 21:22