Paşinyan Bakını ittiham edir, Vardanyan isə beynəlxalq birlikdən Xocalıda aeroport açmağı xahiş edir
Azərbaycan Laçın dəhlizini açmır və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliyi kobud şəkildə pozur. Bu, Bakının müqaviləni yerinə yetirməyə qadir olmamasından xəbər verir. Bu barədə cümə axşamı Ermənistanın baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyan dəhlizlə hərəkətin sərbəst olması, lakin həm də Azərbaycan tərəfdən nəzarətin olacağı barədə Bakının bəyanatlarına münasibət bildirməyib.
Paşinyan beynəlxalq birliyi və qoşunları Qarabağda olan Rusiyanı Laçın yoluna nəzarəti ona qaytarmağa çağırıb. O həmçinin Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin tərəfdarı olduğunu bildirib.
Öz növbəsində Qarabağın “dövlət naziri” Ruben Vardanyan beynəlxalq birliyi Bakıya təzyiq göstərməyə və Xocalıda ermənilər üçün hava limanının açılmasına nail olmağa çağırıb.
O, Rusiya sülhməramlılarının fəaliyyətsizliyindən narazılığını bildirib və təsdiqləyib ki, ermənilər Bakının Azərbaycan tərəfinin nəzarəti altında Laçın yolu ilə hərəkət etmək təklifini qəbul etmirlər.
Xatırladaq ki, Azərbaycan vətəndaş fəallarının Laçın yolunda etiraz aksiyası 25-ci gündür ki, davam edir. Ötən sutka hər iki istiqamətdə yolu sülhməramlıların ondan çox yük maşını keçib.
Eyni zamanda Ermənistandan Qarabağa Qırmızı Xaçın 6 maşını gedib.
Contact.az
Tarix: 6-01-2023, 09:22