Vardanyanın absurd teatrı: Qarabağdakı hayklara bu 4 ərzaq talonla veriləcək?..-VİDEO

Vardanyanın absurd teatrı: Qarabağdakı hayklara bu 4 ərzaq talonla veriləcək?..-VİDEO
Xəbər verdiyimiz kimi, Qarabağdakı hayklara bəzi ərzaqlar talonla veriləcək. Yerni məlumatlara görə, talonlar (kuponlar) yanvarın 17-dən veriləcək, mağazalarda alışlar isə yanvarın 20-dən mümkün olacaq.
Moderator.az xəbər verir ki, bu barədə  separatçı-terrorçu rejimin qondarma və qanunsuz "sosial  məsələləri komitəsi"nin sədri Armen Manqasaryan danışıb.
"Talonlar iki növ olacaq:
 
• günəbaxan yağı almaq üçün: adambaşına 1 litr, yaş məhdudiyyəti yoxdur.
 
• ayda adambaşına 1 kq-dan makaron, düyü, şəkər və qarabaşaq yarması almaq üçün. Yalnız 15 gün ərzində  iki dəfə: hər dəfə 0,5 kq veriləcək.
 
Növbələrin qarşısını almaq üçün kuponlarda məhsulların satışı üçün konkret tarix göstəriləcək. Hər bir şəxs bütün ailənin pasportlarını toplaya və bütün ailə üçün kupon ala bilər".
 
Zəruri şərh:
Əslində bu, Putinin milyarder "desant"ı R.Vardanyanın absurd teatrıdır. Çünki Laçın yoluyla ərzaq gətirilməsi imkanı var. Yəni Şuşadakı Azərbaycan aksiayçıları buna şərait yaradır. Sadəcə, haykların havadarlarına yenə də "əzabkeş erməni xalqı" obrazı yaratmaq gərəkdir...

 

Tarix: 10-01-2023, 09:16
Xəbəri paylaş





Xəbər lenti