Paşinyan Laçın yolundakı duruma görə Rusiya sülhməramlılarını günahlandırdı
“Biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik”.Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan bildirib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.
Tarix: 10-01-2023, 12:43