Paşinyan yolları açmağa hazır olduğunu deyir, amma dəhlizi yox

Türkiyənin Ermənistana hava yolu ilə yük daşımalarına qoyulmuş qadağanı ləğv etmək qərarı Yerevan və Ankara arasında ikitərəfli danışıqlara təkan verir. Türkiyənin bu addımını alqışlamaq olar və danışıqları davam etdirmək və Ermənistan-Türkiyə mnüasibətlərini normallaşdırmaq üçün konkret addımlara nail olmaq lazımdır. Bu barədə Yerevanda keçirilən mətbuat konfransında baş nazir Nikol Paşinyan bildirib.
Bu, təkcə Ermənistan və Türkiyə üçün deyil, həm də beynəlxalq logistika zəncirlərinin təmin edilməsi üçün vacibdir. Yolların açılması ilə region daha çox əhəmiyyət qazanır və Ermənistan Yerasx-Naxçıvan-Mehri-Horadiz dəmir yolunun öz hissəsinin, habelə avtomobil əlaqəsinin bərpasına başlamağa hazırdır. Ermənistan nəqliyyat qovşağına çevrilməkdə maraqlıdır, deyə Paşinyan bildirib, amma dərhal əlavə edib ki, Azərbaycanın “hansısa dəhlizlər haqqında” tələbləri buna mane olur. 
Siam.az
Tarix: 11-01-2023, 08:57
Xəbəri paylaş





Xəbər lenti