Ukraynanın "IHTEP" telekanalı Xankəndindəki vəziyyətlə bağlı reportaj yayımladı
«Єдині новини» ümumumilli marafonda yayınlanan Ukraynanın "IHTEP" telekanalı Qarabağdakı vəziyyətlə bağlı reportaj yayımlayıb və durumun əsl mənzərəsini təqdim edib.Telekanalın verilişində bildirilib ki, Azərbaycanın suveren ərazisinin qanunsuz talanları (Rusiya Federasiyasının hərbi kontenasiyasının idarəetmə zonasında qızıl mədənləri) həyata keçirilir: "Ekoaktivistlərin həm rusların, həm də yerli separatçılardan bu cinayət fəaliyyətinə qarşı etiraz etmək üçün bütün qanuni əsasları var".
Həmçinin, separatçıların Azərbaycan fəallarını 100.000-dən çox erməni əhalisinin olduğu iddia edilən "humanitar fəlakət" yaratmaqda ittiham etdikləri, Qarabağdakı ermənilərin maksimum sayı 40 mindən çox olmadığı, separatçı anklavın özündən bu rəqəmin 120.000 olduğunu uydurduğu və bunun təbliğat məqsədi daşıdığı, Rusiyanın Azərbaycana hədə-qorxu gəlməyə çalışdığı -rus televiziya kanallarında enerji infrastrukturunda raket zərbələri təhdidləri paylaşdığı barədə də fikirlər bildirilib.
Tarix: 13-01-2023, 14:12