"Biz Laçın və Kəlbəcəri azad edib Qarabağa birləşməliyik" - Ayvazyan SƏRSƏMLƏDİ


“Yaxın gələcəkdə Azərbaycanın Ermənistana genişmiqyaslı hücuma keçəcəyi ehtimalı yüksəkdir”.
KONKRET.az xəbər verir ki, bunu erməni siyasətçi və tarixçi Armen Ayvazyan Facebook səhifəsində yazıb.
“Çox güman ki, yaxın gələcəkdə Azərbaycan yeni əraziləri və strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirmək məqsədi ilə Ermənistana qarşı yeni genişmiqyaslı hücuma keçəcək.
Bəs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının və Ermənistan Ordusunun cavabı və strateji məqsədi nə olmalıdır?
Heç bir şübhə yoxdur ki, zəif müdafiə 2020-ci ildə 44 günlük müharibədə olduğu kimi daha bir itkiyə səbəb olacaq. Azərbaycan ilk zərbəni vurdu,
Ona görə də heç olmasa bu dəfə Ermənistan tərəfi Azərbaycana ilk zərbəni vurmaq imkanı verməməlidir.
Gözlənilən hücumu dəqiq bildiyi üçün müdafiə məqsədləri arasında aşağıdakı əsas vəzifəni daşıyan ilk hücumçu olmalıdır:
Laçın və Kəlbəcəri azad etmək və iki magistral yolla Qarabağa birləşmək.
Ermənistan ordusunun və Qarabağ “silahlı qüvvələri”nin bu problemi həll etməyə nə dərəcədə hazır olması isə tamam başqa sualdır. Amma bu gündən qarşıya məqsəd qoyulmalı və ona nail olmaq üçün qətiyyətli cəhd edilməlidir.
Dünya və Ermənistan hərb tarixində bir neçə dəfə olub ki, obyektiv səbəblərdən zəif hesab edilən tərəf güclü, düşməni küçümseyən ordulara qarşı böyük qələbələr qazana bilib.
Bu, sülhməramlıların və ya ABŞ, Fransa parlamentlərinin spikerlərinin təmtəraqlı səfərləri deyil, Ermənistanı, o cümlədən Qarabağı xilas etməyin yoludur”, – deyə Ayvazyan çərənləyib.
Tarix: 14-01-2023, 22:43
Xəbəri paylaş





Xəbər lenti