Ruben Vardanyan Qarabağdan qovulur – İDDİA
Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan “tutduğu vəzifədən” azad ediləcək.Bu barədə eyni zamanda bir neçə erməni mənbəsi məlumat yayıb.
İddia olunur ki, bu barədə ona Qarabağdakı separatçəların lideri Araik Arutyunyan bildirib. O, “əmrin” tezliklə elan ediləcəyini bəyan edib.
Guya ki, Aryutyunyan bu addımı Vardanyanın son qalmaqallı açıqlamaları ilə bağlı atmaq qərarına gəlib. Separatçıların lideri “dövlət nazirini” Qarabağda vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib.
Vardanyanın qovulması qərarından əvvəl Aryutyunyan Qarabağın “təhlükəsizlik şurasının” iclasını keçirdiyi və məsləhətləşmələr aldığı da deyilir.
İddialara görə, Vardanyan özü “istefaya getmək” niyyətində olmadığını bildirib: “Xüsusən də indiki zamanda istefaya getməkdən söhbət belə, gedə bilməz”.
Tarix: 15-01-2023, 09:40