"Bu yolla Xankəndiyə, Ermənistana getmək olur" - Ermənilərin istifadə etdiyi nəzarətsiz alternativ yol hansıdır?


“Ermənilərin istifadə etdiyi Laçın dəhlizinə alternativ yola nə Azərbaycan, nə də Rusiya sülhməramlıları nəzarət edir”.

Bunu Ruben Vardanyanın da etiraf etdiyi Xankəndinə gizli yolların haradan keçməsini keçmiş Laçın alayının qərargah rəisi Rafiq Nağıyev Yenicag.az-a açıqlayarkən deyib.


Rafiq Nağıyev bildirib ki, ermənilər etiraf etməmişdən əvvəl də gizli yolların varlığından məlumatlı idik:
“Laçınla Şuşanın arasında olan Turşsu (red. Sovet dönəmində Lesaqor deyilirdi) ərazisindən Şuşa istiqamətinə gedəndə və Şuşa istiqamətindən gələndə Zarıstı yeməkxanası olan ərazidən ikinci dərədən 100 metr yuxarı qalxanda yol dağın arxası ilə Şırran kəndinə gedir. 90-cı illərdə o yolla getmişəm. Şırran kəndindən keçən yol İsa bulağı ilə Xəlifəli kəndinin arasından Xankəndiyə gedir. Eyni ilə də həmin yolla Ermənistana da getmək olar. Sovet vaxtı dərəyə sel gələndə yol işləmirdi. Ora körpü tikmişdilər. Sərt döngələr olduğuna görə o yolda ancaq “QAZ-66”, “Niva” markalı maşınlar hərəkət edə bilirdi. Yay vaxtı isə həmin yolda yük maşınları da sürülə bilinirdi.
Dəqiq bilirəm ki, həmin yol işləkdir. Azərbaycan postlarını, eləcə də Rusiya sülhməramlılarını görməyən alternativ yol dediyim bu yoldur. Qala dərəsindən yuxarıda, Kirs tərəfdə postumuz var. Sarıbabada da postumuz var, ancaq o post da sözügedən yoldan 3-4 km aralıdır. Amma bu yolda isə heç bir post yoxdur”.
Tarix: 16-01-2023, 21:09
Xəbəri paylaş





Xəbər lenti