"Ya qalıb burada adam kimi yaşayacaqlar, ya da bu bölgəni tərk edib gedəcəklər..."


Son günlər Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında gərginlik yaranması barədə iddialar dolaşmaqdadır. Bəzi şərhçilər hesab etməkdədirlər ki, Ermənistan “Qarabağ yükünü”  artıq daşıya bilmir və Qarabağda yaşayan bu əhaliyə görə Ermənistanın müstəqilliyini təhlükə altında qoymaq istəmir və Azərbaycanın bu regionunda yaşayan insanların gələcək taleyi ilə bağlı veriləcək qərarın onların özlərinə həvalə edir.
 

Bunu Moderator.az-a açıqlamasında tanınmış ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirib:

"Məsələn, TV verilişlərinin birində  Artak Qalustyan adlı politoloq  tərəfindən Qarabağ klanının nə qədər təhlükəli oyun oynadıqları bütün çılpaqlığı ilə ortaya qoyulmuşdur. Lider Koçaryanın bir zamanlar Ermənistana cəza dəstələri gətizdirib İrəvanlıları qanına qəltan etməsindən tutmuş dövləti cinayətlərə qədər hər şeyin  araya düşmənçilk salmağa xidmət etməsi dilə gətirilməyə başlamışdır. Elə indinin özündə də bu siyasət davam etdirilməkdədir.   Qənaətə görə bütün bunların məqsədi Rusiyanın maraqlarını təmin etməkdir. Vardanyan proyekti də “Qarabağ klanının” proyektidir.  Bu səbəbdən Ermənistan bu proyektdən acilən imtina etməlidir.
Ermənistanın siyasi olaraq Qarabağ separatçı rejiminin, Rusiyaya bağlı emissarın  hansı addımlar atacağı addımların Ermənistanı bağlamayacağını, yalnız soydaşları hesab etdikləri bu insanlara humanitar və maddi yardımla kifaəyətlənəcəyi siyasətini aparacağını  söyləyənlər avtomatik onu da təlqin etməyə çalışırlar ki, Qarabağ erməniləri Azərbaycanla birbaşa təmaslara keçməlidirlər və Ermənistanı bundan sonrakı proseslərə qatmamalıdırlar. Bu, siyasət dəyişikliyidir, yoxsa yeni erməni bir manevridir?
 
Bunların doğru və ya yanlış olmasını anlamaq üçün qondarma qurumun içərisində son günlər baş verənlərə nəzər salmaq kifayətdir. Rusiyanın  gerçək emissarı  və burada “dövlət naziri” statusu verilmiş Ruben Vardanyanın fəaliyyəti əslində Paşinyanın siyasi mövqeyini əks etdirmir və hətta o Ermənistanın apardığı siyasətin tamamilə əksi ortaya qoyulur. Ermənistan KTMT və bölgədəki Rusiya sülhməramlıları ilə bağlı hansısa bir addım atarkən qarşı həmlə ölkə müxalifətindən deyil, Vardanyandan gəlir.  Laçın koridorunda baş verənlər və  Rusiya sülhməramlıları ilə bağlı onun söylədikləri Ermənistandakıların xoşuna gəlmədiyi açıqdır. Və onun istefaya göndərilməsi tələbi əslində Ermənistandan qaynaqlanır. Vardanyan deyib ki, Qarabağda rusların bundan sonra da qalması və burdakı insanların təhlükəsizliyinin tək qaramtıdır. Amma Ermənistanın rəsmi siyasəti başqadır, rəsmi İrəvan  bölgəyə beynəlxalq sülhməramlıların gətirilməsi tərəfdarı kimi diplomatik iş aparır. Belə çıxır ki, Vardanyan buraya  Qarabağ ermənilərinə hansısa yardım üçün deyil, burada Rusiyanın maraqlarını təmin etmək üçün gəlib. Azərbaycanın razılığı olmadan Rusiya sülhməramlıları burada beynlxalq mandat ala bilməzsə Vardanyanın səylərinin də heç bir nəticəsi olmayacaq.  Bunu Ermənistan gün keçdikcə daha yaxşı anlayır. İrəvandan gələn təlimat nəticəsində artıq Vardanyan burada arzuolunmaz şəxs elan olunub və hətta onun istefa etməsi barədə xəbərlər də  qəsdən yayılır. Həm də bununla Rusiyanın reaksiyasını yoxlamaq istəyi də var. Bu xəbərləri  Vardanın özünün təkzib etməsindən sonra ortaya qondarma qurumun erkən “prezident” və “parlament” seçkilərinin keçirilməsi məsələsi atılıb. Bu yeni bir gərginlik yaradıb. Bunlar da əslində Vardanyanı uzaqlaşdırmağa hesablanan tədbirlər kimi qələmə verilməkdədir.  Qondarma qurumun “Təhlükəsizlik Şurasının”  son iclasında rejimin “ prezidenti” Arayik Harutyunyan  işarə vurub ki, Vardanyanın  bəyanları xalq arasında çaşqınlığa səbəb olur və biz bu məsələni həll etməliyik. Həll variantı da Ruben Vardanyanın “vəzifədən” azad edilməsidir. Amma Arayik bunu desə də  özünün devrilməyindən qorxaraq ona  cəsarət etmir və bu addımın Rusiyanın xoşuna gəlməyəcəyindən qorxur. Amma Ermənistandan gələn dəstək ola bilsin ki, Arayiki ürəkləndirsin və Vardanyanın buradan qovulması yaxın vaxtlarda baş tutsun. Bəzi şərhçilər Vardanyanın iflasının Azərbaycanın tələbləri ilə bağlı olduğunu söyləsələr də, bu üzdəniraq milyarderin Qarabağdan qovulması içəridəki klandaxili mübarizənin nəticəsi olaraq qiymətləndirilməlidir. Çünki belə bir gizli tutulan xəbər də vardı ki, əhalinin nüfuzlu təbəqəsindən olan adamlardan bir neçəsi yönətim qarşısında Azərbaycanla danışıqlara gedilməsi və  Bakı ilə təmas qurulmasını istəyir və hətta deyilənə görə artıq vəzifədən qovulan Vitali Balasanyan  Bakı ilə gizli görüşlər də keçiribmiş... Bu xəbərin özünün inandırıcılıq dərəcəsi az olsa da belə bir məramın olması faktdır və separatçılar da anlayırlar ki, Azərbaycanın suveren haqlarının bərpasının alternativi yoxdur. İndi kimin Bakı ilə danışıqlar prosesində onların maraqlarına uyğunluq dərəcəsi müzakirə edilməkdədir. Nəhayət anlamağa başlamışlar ki, Azərbaycanın elan etdiyi “ermənilərə bərabərhüquqlu vətəndaşlıq” haqqından başqa heç bir üstün hüquq  verilməyəcək. Xankəndidəki separatçı qurumun içindəki çatlar da bununla əlaqədardır. Ya qalıb burada adam kimi yaşayacaqlar, ya da bu bölgəni tərk edib gedəcəklər. Proseslər Azərbaycanın diqtə etdiyi doğrultuda davam etməkdədir".
Tarix: 17-01-2023, 08:30
Xəbəri paylaş





Xəbər lenti