"Vardanyan ağrılı yerimizə toxundu.., təcili referendum keçirməliyik" - Ekspert danışır

"Vardanyan ağrılı yerimizə toxundu.., təcili referendum keçirməliyik"
Rus kuklası separatçı Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində Stephen Sackurun suallarını cavablandırıb. Stephen Sackur müsahibə boyu bəzi məqamlarda tam obyektiv olmasa da, sərt sualları ilə Vardanyanı çıxılmaz vəziyyətə salmağı bacarıb.
Jurnalist Vardanyanın Xankəndiyə transferinin Rusiya tərəfindən təşkil edildiyini sübut edən dəlillərlə yanaşı, sərt suallarla da onu fakt qarşısında qoyub. O, "azərbaycanlılarla anlaşaraq yaşamağa davam etməlisiz, ya da köçüb getməlisiz" sualını verərəkən "hansını seçirsiniz?" - deməklə onların başqa seçimi olmadığına diqqət çəkib.

Siam.az-ın məlumatına görə, Bizimyol.info xəbər portalına mövzuya dair müsahibəsində politoloq Vasif Əfəndiyev qeyd edib ki, Fransa müttəfiqlərinin əleyhinə gedə bilməyəcək. Bu müsahibənin bizim bölgədə Ermənistanın müstəqil siyasət aparmadığını sübut etmək üçün bir fürsət olduğunu bildirib.

“Müsahibədə Vardanyanın bizim ağrılı yerimizə toxunmasını narahatlıq hissi ilə dinlədim. Bu hazırda ölkəmizdə demokratik təsisatlarla bağlı məsələdir. Avropa Parlamentinin bizə qarşı sərt qətnamələrinin kökündə bu faktor dayanmasa da, bizə qarşı istifadə edilmək üçün bəhanədir”,- deyən politoloq hesab edir ki, təcili olaraq bu günlərdə referendum çağırılması üçün fəaliyyətə başladılmalıdır. Siyasi partiyalar dövlət idarəetmə institutlarında fəal iştirak etməlidir.

“Bundan ötrü parlamentli idarəetmə sisteminə keçid edilməlidir. Milli Məclisin say tərkibi dəyişdirilərək 200 nəfərə çatdırılmalıdır. Deputatların 70 faizi proporsional sistemlə müəyyən olunmalıdır. Siyasi partiyalar haqqında qanunun tələblərinə əməl olunarsa, ölkədə 10–a yaxın ciddi siyasi təşkilat formalaşa bilər ki, bu komanda ilə gələcəyin demokratik Azərbaycanını qura bilərik”,- deyə politoloq əlavə edib.
Tarix: 24-01-2023, 14:11
Xəbəri paylaş





Xəbər lenti