Müxalifət Paşiyanı Qarabağı unutmaqda, hakim partiya nümayəndəsi isə müxalifəti ölkə deyil, öz maraqlarını güdməkdə ittiham edirLaçın yolu ilə bağlı Ermənistan parlemntində Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyanın xeyir-duası ilə başlayan müzakirələr sonradan qızğın mübahisələrə çevrilib.
Azərbaycanlılar niyə Laçın dəhlizini tərk etmirlər?Nikol Paşinyan hakimiyyətinin siyasəti buna necə kömək etdi?Dağlıq Qarabağı xarici dünya ilə birləşdirən yeganə yolu açmaq üçün hansı yollar var?Bu məsələlər bir iqtidaryönlü deputatın qatıldığı parlament toplantısında müzakirə edilib.
müxalifətçi deputat Andranik Tevanyan hakimiyyətin problemi həll etmə planın olduğunu deyib.
“Hakimiyyət belə bir tezisi dövriyyəyə buraxıb: Ermənistanı xilas etmək üçün Qarabağı təslim etməliyik”, – müxalifətçi deputat bildirib.
Onun sözlərinə görə, Paşinyan Qarabağın taleyini ötən ilin sonunda Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderlərinin dördtərəfli görüşü zamanı həll edib.
“Həmin görüşdə Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyə razılaşdı”, – deyə müxalifətçi bildirib.
Deputat bildirib ki, Paşinyanın mübahisəli söz və hərəkətlərinin təhlili belə bir nəticəyə gətirib çıxarır ki,
“Laçın dəhlizi Ermənistanda siyasi dəyişikliklər olana olana qədər vaxtaşırı bağlanacaq”.Deputata görə, bu siyasət dəyişikliyi də hakimiyyətin dəyişməsi deməkdir.
Hakimiyyət dəyişikliyi ilə Ermənistanı və Qarabağı təhlükədən qurtarmağın mümkün olduğunu deyən keçmiş respublikaçı deputat Artak Zakaryan Qarabağ məsələsinin qaranlıq tərəfləri olduğunu deyib.
əlavə edib ki, ilk növbədə Paşinyanın Azərbaycana nə vəd etdiyini üzə çıxarmaq lazımdır.
Azatutyun yazır ki, zalda olan yeganə hakim fraksiya üzvü, deputat Qurgen Arsenyan Qarabağı və qarabağlıları təhdid edən təhlükələrdən bəhs edən çıxışları sakitliklə dinləyib. Amma bu çıxışlar hakimiyyət dəyişikliyi ilə bağlı nəticələrlə bitəndə o qəzəblənib. Arsenyan tribunaya yaxınlaşaraq müxalifətçiləri qınamağa başlayıb.
“Siz nə danışırsınız, Ermənistanın indiki hakimiyyətinə, qanuni hökumətinə hansı təhdidləri göndərirsiniz? Sözünüzə görə cavabdehsinizmi?.. Seçki zamanı xalq sizin haqqınızda hökm çıxardı… Həmişə 120 minlik Qarabağ sakinlərindən, 3 milyonluq Ermənistan əhalisindən danışırsız, o insanlara görə, ölkəmizə biz cavabdehik” -deyən hakim fraksiya üzvü müxalifəti ölkənin maraqlarına xidmət etməməkdə günahlandırıb.
Bu çıxışından sonra deputat zalı tərk edib.
Azadlıq radiosu
Tarix: 6-02-2023, 08:25