Ağalı kəndinin tikintisi Şahmar Mövsümovun qardaşına verilib




Hədəflər böyük – əməllər kiçik
“Azərbaycan respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı”na görə, 2022-2025-ci illərdə Qarabağa 10 270 ailənin, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi hədəf kimi qoyulub.
Ancaq çox təəssüf ki, bugünədək Qarabağa, Zəngilan rayonunun Ağalı kəndinə cəmi 66 ailə geri qaytarılıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev (bu təyinatadək “Paşa Holdinq”in törəmə şirkəti “Agro Dairy”nin idarə heyətinin sədri olub) 2022-ci ilin noyabrında bildirmişdi ki, 2023-cü ilin martınadək Ağalıya daha 25 ailə köçürüləcək. Ancaq hələ də bu köçürülmə baş tutumayıb.
İşğaladək bu inzibati ərazi 3 kəndi birləşdirib: Birinci Ağalı 40 ailə (154 nəfər), İkinci Ağalı 60 ailə (245 nəfər) və Üçüncü Ağalı 161 ailə (675 nəfər). Hazırda bu 3 kəndin respublikaımızn müxtəlif regionlarında məskunlaşmış 352 ailəsi (1504 nəfər) var.
Ağalı kəndini Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə “As Group Investment” tikir. 2022-ci ilin əvvvəlinədək 2o0 ev tikilib, sonra daha 150 evin tikilməsinə qərar verilib. Kənddə cəmi 350 ev olacaq. “As Group Investment”in təsisçisi Prezident İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur.
P.S Yazı “Şəffaf Qarabağ” Facebook səhifəsindən götürülüb
Tarix: 7-02-2023, 08:52
Xəbəri paylaş





Xəbər lenti