SON DƏQİQƏ: Ermənilər Laçını atəşə tutdu, Putin Paşinyanla TƏCİLİ danışdı - Nə baş verir? CANLI


 
“Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə MN məlumat yayıb. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda deyilir.
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib.
“Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub”, - Kremlin məlumatında qeyd olunub.
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
 Onun sözlərinə görə, Moskva və Ankara Cənubi Qafqaz və bu regiona qonşu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır: “Biz Ermənistanla Türkiyə arasında bizim dəstəyimizlə başlayan normallaşma prosesini alqışlayırıq. Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı səyləri alqışlayırıq. Əlbəttə ki, Cənubi Qafqazın münaqişə sonrası bərpasını alqışlayırıq. Bütün bu məsələlərlə bağlı, bildiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalara nail olunub. Bu razılaşmalar işin davam etdirilməsi üçün əsas olaraq qalır. Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımız bu prosesə mane olmayacaq, tərəfləri üçtərəfli razılaşmaları ciddi şəkildə icra etməyə istiqamətləndirəcəklər”
Tarix: 7-04-2023, 16:41
Xəbəri paylaş





Xəbər lenti