Lentsov nə edəcək?: Laçın yolunu təzədən açacaq? - KREML İSTƏYƏR Kİ...

Lentsov nə edəcək?: Laçın yolunu təzədən açacaq?
Laçın yolunda sərhəd-keçid məntəqəsini qurulmasından sonra Rusiya sülhməramlılarının komandanı Volkovun Lentsovla əvəzlənməsi “Moskva nə etmək istəyir” sualını da aktuallaşdırdı.
Moskvanın Qarabağdakı maraqları fonunda Bakının post gedişinin ruslar tərəfindən xoş qarşılanmadığı bəllidir, bu baxımdan, Lentsovu bölgəyə göndərən Kremlin situasiyanı dəyişmək istəyəcəyi gözlətisi var. Hərçənd, sərhəd-keçid məntəqəsindən Azərbaycan əsgərini çıxara, qaldırılan bayrağı endirə bilməyəcəkləri reallığı fonunda rusların Volkovu niyə əvəzlədiyi və nəyə nail olmaq istədiyinə fərqli kontekstdə yanaşa bilərik.
İstisna deyil ki, ruslar Laçın yolunun girişinə qoyulan postda Azərbaycan əsgəri ilə birlikdə dayanmaq istəyirlər. Hazırda danışıqların bununla bağlı aparıldığına dair məlumatlar da var. Rəsmi Bakı sərhəd-keçid məntəqəsinin fəaliyyətində Rusiya sülhməramlıları ilə əməkdaşlıq ediləcəyini açıqlamışdı, lakin bu əməkdaşlığın hansı formada olacağı hələlik bəlli deyil.
Hərçənd, Volkovu geri çağırılmasının Bakı ilə müzakirələrdən qaynaqlandığı ehtimalı azdır, çünki süıhməramlıların komandanı postunda kim olmasından asılı olmayaraq, ilk dövrlərlə müqayisədə proseslərə təsir imkanı minumuma enib. Bu baxımdan, Volkovun əvəzlənməsi Bakının addımına görə “günahkarın cəzalandırılması”, ermənilərə “baş verənlər Volkovun bacarıqsızlığından qaynaqlanır, Lentsov problemləri həll edəcək” mesajının verilməsi kimi görünür.

Asif Nərimanlı 
Tarix: 26-04-2023, 22:05
Xəbəri paylaş





Xəbər lenti