Zəngəzurun Azərbaycanla həmsərhəd bütün kəndlərindəki ermənilər silahlandırılıb... - NƏYİN TƏDARÜKÜDÜR?
"Sünik rayonunun sərhəd yaşayış məntəqələrində özünümüdafiə üçün kifayət qədər silah-sursat var".
Siam.az moderator.az-a istinadla xəbər verir ki, “Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Respublikasının "Sünik mərzi" adlanan Zəngəzur ərazisinin qubernatoru Robert Qukasyan bu gün Azərbaycanın mövqelərinin çox yaxın olması və təhlükəsizlik tədbirlərinə ehtiyac olması barədə fikirlərini cavablandırarkən deyib.
“Bütün sərhəd yaşayış məntəqələrində silah var. Daim silah gəzdirmək istəyənlər var ki, bu, təbii ki, düzgündür. Biz ayıq olmalıyıq. Başa düşürsünüz ki, silahın daşınması və saxlanması ilə bağlı dəqiq tənzimləmə yoxdursa, bütün bunların nəticəsində bədbəxt hadisələr baş verə bilər. "Sərhəd kəndlərində silah-sursat yoxdur" demək yanlışdır. Onlar var".
O, regionda Ermənistan Müdafiə Nazirliyinin zəruri hesab etdiyi qədər silahın olduğunu vurğulayıb.