Xankəndində Samvel Babayanın tərəfdarıyla keçmiş “nazir” arasında dava və atışma oldu...
Azərbaycan torpağında 32 il öncə Rusiya imperiyasının qondardığı separatçı-terrorçu rejimin qanunsuz “təhlükəsizlik şurası”nın keçmiş katibi, qeyri-qanuni hərbi birləşmələrin sabiq komandanı,general Samvel Babayanın komanda yoldaşları arasında döyüş və atışma ilə müşayiət olunan növbəti “münaqişə” olub. SİAM.AZ Moderator.az-a istinadla xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, hadisə mayın 28-də axşam saatlarında Xankəndində baş verib.
Babayanın komanda yoldaşlarından biri keçmiş “ərazi və idarəetmə naziri”, generalın tərəfdarı Hayk Xanumyandan hesab tələb etmək qərarına gəlib. Nəşrin Xankəndindəki mənbəsinin sözlərinə görə, həmin erməni “komanda yoldaşlarından birinə müraciətlə “bu köpək də bizim komandadandır?” deyərək H.Xanumyana hörmətsizlik edib”. H.Xanumyan isə “ləyaqət”inin tapdanmasına görə cavab tələb edib. Bundan sonra hər iki şəxs öz tərəfdarları ilə birlikdə Xankəndinin mərkəzində, polis binasının yanında odlu silah atəşləri ilə müşayiət olunan münaqişə yaradıb.
Qondarma rejimin qanunsuz “prokurorluğu”nda olayla bağlı cinayət işi açılıb. Bildirilir ki, tərəflər ucadan söyüşlər söyərək bir-birlərinə qarşı zor tətbiq ediblər və E. A. adına qeydiyyatda olan “CZP-10M” markalı tapançadan havaya atəş açılıb”. Həbs olunanlar var.
“Samvel Babayanın komanda yoldaşları arasında əvvəlki mübahisə deputat(qondarma-S.L.) Seyran Ayrapetyanın bıçaqlanması ilə başa çatmışdı. Ümumiyyətlə, Babayanın ətrafına toplaşanlar arasında, xüsusən də mitinqlərdən sonra tez-tez mübahisələr, “davalar” olur” – xəbərdə belə deyilir.
Tarix: 1-06-2023, 09:59