"Azərbaycanla Ermənistan arasında sülh sazişi ilin sonuna imzalana bilər" - Armen Qriqoryan



2023-cü ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimal olunur.
APA xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televizyasına müsahibəsində deyib.
"Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. İntensivlik bu cür davam edərsə və beynəlxalq birliyin güclü köməyi olarsa ilin sonuna qədər sülh sazişinin imzalaması imkanı var. Biz razılaşmanı mümkün qədər tez imzalamaq əzmindəyik", - deyə Qriqoryan bildirib.
Tarix: 4-06-2023, 22:34
Xəbəri paylaş





Xəbər lenti