"Nə zamana qədər ruslar oradadır, çalışacaqlar ki, ermənilər orada qalsın" - HƏQİQƏTƏN DƏ...

"Nə zamana qədər ruslar oradadır, çalışacaqlar ki, ermənilər orada qalsın"
Bəzi erməni mənbələrinin məlumatlarına görə, ermənilər Qarabağı tərk edir. Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev də açıq şəkildə bildirmişdi ki, əgər ermənilər Qarabağda yaşamaq istəyirlərsə, qalıb Azərbaycan vətəndaşı olaarq, Azərbaycan qanunlarına uyğun olaraq yaşaya bilərlər. Yox əgər bunu istəmirlərsə, yol açıqdır, gedə bilər. Görünən odur ki, ermənilər ya Qarabağda yaşamaq istəmir, ya da separatçılar onlara Qarabağda qalıb, Azərbaycan vətəndaşı olaraq, dinç şəraitdə yaşamağa imkan vermir.
SİAM.AZ-ın məlumatına görə, “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, nə qədər erməni oranı tərk etsə, bu, bizim maraqlarımıza cavab verir. Çünki həmin əraziləri Azərbaycan nəzarətə götürəndən sonra ermənilər onsuz da orada qalan deyil.

“Naxçıvana Muxtar Respublika niyə verildi? Təkcə ona görə yox ki, o həm də anklav idi. Həm də ona görə ki, o vaxt Naxçıvanda xeyli erməni yaşayırdı. Hətta bəzi mənbələrə görə, orada yaşayan əhalinin 30-40 faizi erməni idi. O ermənilərə görə həm də o vaxt Naxçıvana Muxtariyyət verilmişdi. Amma sonra nə oldu? Naxçıvan Azərbaycanın nəzarətinə keçəndən sonra orda erməni qalmadı. Tərk etdilər Naxçıvanı”-deyən politoloqun fikrincə, Qarabağı da eyni tale gözləyir. Bu səbəbdən də, ermənilər Qarabağı nə qədər tez tərk etsələr o qədər yaxşı olar. Bu, Azərbaycanın da maraqlarına cavab verir.

“Ermənilərə etibar etmək, bel bağlamaq olmaz. Çünki nə zamana qədər ruslar həmin ərazilərdədir, çalışacaqlar ki, ermənilər orada qalsın. Biz oranı nəzarətə götürəndən sonra ruslar orada qalsa belə, ermənilər oranı yavaş-yavaş tərk etməyə başlayacaqlar. Mən belə düşünürəm”-deyə Əhəd Məmmədli qeyd edib.
Tarix: 7-06-2023, 09:17
Xəbəri paylaş





Xəbər lenti