Erməni keşişlər Əskipara kəndinə toplanaraq “anklav” müzakirələrinə "yox" dedilər...
Erməni apostol kilsəsi Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan və yeparxiyanın digər nümayəndələri “Voskepar” adlanaraq Ermənistanın Tavuş vilayətinə aid edilmiş qədim Azərbaycan kəndi Əskiparada olublar. Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, yeparxiyanın “Facebook” səhifəsi bununla bağlı video və mesaj paylaşıb.
“Bu gün “Voskepar”da olmaq bizim üçün son dərəcə vacibdir. Bir daha bəyan etməyimizi istəyirəm ki, bu, bizim müqəddəs ölkəmiz, müqəddəs torpağımız, Vətənimizdir, burada heç bir “anklav” məntiqi yoxdur, hər hansı düşmən təcavüzünə təslim olmaq fikri və ya istəyimiz yoxdur”, – deyə Baqrat Srbazan bildirib.
“Bu məbəd 7-ci əsrin məbədidir. 1980-ci illərin sonlarında böyük bir şücaətlə geri qaytarıldı. Bu bizim varlığımızın sübutudur. Burada polis əməkdaşları qaçırılaraq öldürülüb. Burada minlərlə soydaşımız qurban verilib. Bu müqəddəs məbəd bizim sərhəd zonamızın sayıq keşikçisi oldu. Düşmənlərimiz bir az yuxarıda, cəmi bir neçə metr aralıdadır”,- deyə üzdəniraq keşiş yaxınlıqdakı qədim xristian türklərə aid məbədi göstərərək çərənləyib.
Zəruri arayış və xatırlatma:
Əskipara(“Voskepar”) kəndi Azərbaycan Respublikası ərazisi ilə 1990-cı ildə Ermənistanın işğal etdiyi Azərbaycanın Qazax rayonunun Yuxarı Əskipara kəndi arasında yerləşir. Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini, o cümlədən Aşağı Əskiparanı əsas torpaqlardan ayıraraq eksklava çevirib... Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşmasından bir müddət sonra - Qazax rayonunun məlum 7 eksklav kəndinin Azərbaycana qaytarılması gündəmdə olduğu bir vaxtda Ermənistanın razılığıyla Əskipara kəndi ərazisinə yerləşdirilən Rusiya sərhədçiləri üçün 2021-2022-ci illərdə obyektlər inşa edilib, blokpostlar qurulub...
Tarix: 9-06-2023, 09:15