Gədəbəy, Kəlbəcər, Laçın: ATƏŞ ALTINDADIR... - adekvat cavab tədbirləri görülür...

Gədəbəy, Kəlbəcər, Laçın: ATƏŞ ALTINDADIR...
İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur. Bu barədə MN-dən məlumat verilib.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Tarix: 17-06-2023, 14:12
Xəbəri paylaş





Xəbər lenti