"Bunu bilərəkdən etdilər ki, Laçın keçidi bağlansın" - FAKT BUDUR!

"Bunu bilərəkdən etdilər ki, Laçın keçidi bağlansın"
Bir müddət əvvəl Laçın keçid məntəqəsində ermənilərin Azərbaycan əsgərlərinə qarşı törətdiyi təxribatdan sonra Laçın sərhəd keçid məntəqəsi bağlanıldı. İndi isə, ermənilər məntəqənin bağlı olması ilə bağlı beynəlxalq qurumlara müraciət edir, Qarabağadakı ermənilərin həyat şərtlərinin çətinləşdiyini dilə gətirirlər. Bunu deyirlər, amma Azərbaycana qarşı törətdikləri təxribatları dilə gətirmirlər...
SİAM.AZ -ın məlumatına görə, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Laçın sərhəd məntəqəsinin bağlanması müvəqqətidir. Bu, ermənilərin separatçı, terrorçu və təxribat əməllərinin nəticəsidir.

“Orada qəhrəman hərbçilərimizə atəş açılıb, təxribat törədilib. Bu səbəbdən biz bu keçidi müvəqqəti olaraq bağlamaq məcburiyyətində qalmışıq. Azərbaycanın Qarabağdakı erməniləri blokadaya almaq, onlara qarşı humanitar bir fəlakət yaratmaq niyyəti yoxdur. Olsaydı, biz bunu lap əvvəldən edərdik. Bunun üçün bizim hər cür imkanlarımız var. Amma biz bunları etmirik. Belə bir niyyətimiz olmadığınıda bəyan edirdik.

Dəfələrlə ermənilərin bu məsələni qabartmasına baxmayaraq, biz faktlarla kadrlar, videolar, fotolar və s. sübut edirdik ki, bu yol bağlanmayıb və humanitar məqsədlər üçün açıqdır. Ermənilər hay-küylərinin nəticə vermədiyini görüb, belə bir təxribata əl atdılar. Bunu bilərəkdən etdilər ki, belə bir situasiya yaransın və keçid bağlansın”- deyə şərhçi qeyd edib. Onun sözlərinə görə, ermənilər hər cür dezinformasiyaları və məlumatları ötürürlər ki, sərhəd bağlıdır, oradakı ermənilərin vəziyyəti ağırdır və s.

Mübariz Göyüşlünün fikrincə, bu sərhədi açacağıq və əvvəlki gediş-gəliş bərpa olunacaq. Növbəti təxribat da, ermənilərin qaldırdığı hay-küy də ermənilərə qalacaq və nəticə verməyəcək.
Tarix: 25-06-2023, 22:28
Xəbəri paylaş





Xəbər lenti