"Azərbaycan hər tərəfdən hücuma keçib" - Erməni deputat


 
Azərbaycan bütün istiqamətlərdən - daxildən və xaricdən hücum edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputat Andranik Tevanyan öz "Facebook" səhifəsində yazıb.

“İstintaq komissiyasında Nikol Paşinyan etdiklərinə haqq qazandırmaq və görəcəyi işlərin əsasını qoymaq üçün aqressiv azərbaycanpərəst təşviqat apardı. Bu gecə azərbaycanlılar 4 (artıq 5-red.) ermənini (qanunsuz silahlı biləşmənin üzvlərini-red.) öldürüblər. Ararat Mirzoyan isə Qərbin himayəsi altında Qarabağın Azərbaycana təhvil verilməsinin təfərrüatları ilə bağlı Bayramovla danışıqlar aparır”,-deyə Tevanyan bildirib.
Tarix: 28-06-2023, 18:21
Xəbəri paylaş





Xəbər lenti