Rusiya bizə AÇIQ SAVAŞ ELAN ETDİ... - NƏ GÖZLƏYİRİK?

Rusiya bizə AÇIQ SAVAŞ ELAN ETDİ... - NƏ GÖZLƏYİRİK?
Fəxri qarovulla asdığımız bayrağı bir təpiklə yıxırsınızsa, deməli düşmənsiniz. Bunu aşkar edirsinizsə, deməli, düşmənçiliyinizi gizlətmirsiniz. Bayrağımızı həm də bizim torpağımızda endirirsinizsə, deməli, işğalçısınız...
Adınızın önündə SÜLHMƏRAMLI, BƏDMƏRAMLI ifadələrinin yer alması artıq önəm daşımır.
Zatən nə mal olduğunuzu hər zaman bilmişik və 44 günlük savaşımızın MÜBARƏK YEKUNUNU necə əngəllədiyinizi də yaxşı bilirik, yaxşı görürük...
Yəni sizdən bizə dost olmaz... Amma siz bizdən özünüzə DÜŞMƏN düzəldirsinizsə, bunun bədəli mütləq şəkildə ağır formada ödənəcək.
*
Bu gün Ukrayna xalqı özünün dövlət bütünlüyü və milli varlığı uğrunda ölüm-dirim savaşındadır... Sizə qarşı...
Onların sizə qarşı necə savaşdığını görürsünüz... Nəinki dünyada, heç Ukrayna cəbhəsində dünyanın ikinci ordusu ola bilmədiniz... Ukrayna xalqı mütləq şəkildə qələbəsini qazanacaq.
*
Onları görürsünüz. Bir beş artığını demirəm, daha betərini də bir bizdən görəcəksiniz. Zatən illərdir ki, sizinlə açıq savaşa təşnəyik. Çünki yaxşı başa düşürük ki, Siz yenməyənə qədər bizə dinclik yoxdur.
Bu savaş mütləq olacaq.
Bayrağımıza nə cür şıllaq atırsınız... atın... Bilin ki, ilk fürsətdəcə həmin bayrağın altında diyirlənən kəsik başlar sizlərə aid olacaq...

Məhəmməd Ərsoy
DİA.AZ-ın Baş redaktoru
Tarix: 7-07-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti