Paşinyanın apardığı biabırçı danışıqlara heç nə demək olmaz... ermənilər ŞOKDA


 
Brüsseldə keçirilən İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan görüşündən sonra Avropa Şurası prezidentinin verdiyi bəyanat Ermənistanda təşviş yaradıb.
SİAM.AZ Publika.az-a istinadən xəbər verir ki, Ermənistan cəmiyyəti bu bəyanatın Azərbaycanın qarşısında yandırılan “yaşıl işıq” olduğunu iddia edir.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Tatevik Ayrapetyan da bu məsələ haqda yazıb.
O, bəyanatın dördüncü bəndinin xüsusilə problemli olduğunu bildirib:
“Burada Dağlıq Qarabağ ətrafındakı faktiki vəziyyət sırf humanitar məsələ hesab olunur. Bu, sadəcə olaraq biabırçılıqdır və Azərbaycan gündəminin hərfi mənasında təkrarıdır. Azərbaycanı “etibarlı tərəfdaş” hesab edən Aİ belə davranır.
Aİ platforması bütün danışıqlar platformaları arasında ən uğursuzudur. İstər maraqları baxımından, istərsə də danışıqlar prosesi və problemin mahiyyəti barədə məlumatsızlıqları baxımından bu platforma problemlidir.
Bu görüşlərdən sonra, təəssüf ki, eskalasiya riski yüksəkdir.
Niyə? Çünki aqressiv və döyüşkən Azərbaycan üçün Aİ-nin belə bir ifadə işlətməsi sadəcə olaraq “yaşıl işıq” kimi qəbul edilir...
Başqa problemli məqamlar da var.
Nə isə, Paşinyanın apardığı biabırçı danışıqlara heç nə demək olmaz... bu danışıqlarda ölkəmizin maraqlarını təmsil edən yoxdur”.
Necə deyərlər, ermənilər vurnuxa-vurnuxa qalıblar. Ermənistan cəmiyyəti indi hara üz tutacağını bilmir. Elə ona görə də, gah Rusiyanı, gah ABŞ-ı, gah da Avropanı ittiham edirlər.
Tarix: 16-07-2023, 21:46
Xəbəri paylaş





Xəbər lenti