Qarabağda yaşayan ermənilərə təklif olunan ən ideal yol - VİDEO
Hazırda Qarabağda yaşayan erməni əsilli sakinlərə humanitar yardımlar üçün ən əlverişli yol Ağdam Xənkəndi yoludur.
Xezerxeber.az-ın xəbərinə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyir ki, sözügedən yol vasitəsilə qarabağa aparılacaq humanitar yardımlar ünvana daha tez çatdırılacaq.
Ekspert bildirib ki, Ermənistan bu məsələdə də ziddiyətli mövqe sərgiləyir. Qarabağ Azərbaycan ərazisi olduğu üçün humanitar yardımlar ölkəmizdən aparılmalıdır.
“Ermənistanda ƏDV-si ödənilmiş malların humanitar yardım adı altında qarabağa gətirilməsi də suallar doğurur.”
Ekspert əlavə edib ki, humanitar böhran adı altında şou yaradan Ermənistan Ağdam - Xankəndi yolu ilə bağlı təklifi qəbul etmək məcburiyyətində qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: