Ermənistan xarici ölkə səfirləri və digərlərini “Laçın” postunun yaxınlığına toplayır...

Ermənistan xarici ölkə səfirləri və digərlərini “Laçın” postunun yaxınlığına toplayır...
"Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb..."
 

İyulun 28-də Ermənistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq strukturların nümayəndələrinin Gorunzur (“Kornidzor”- Zəngəzurun XIX əsrdə Rusiya tərəfindən ermənilərlə məskunlaşdırılmış və hazırda Ermənistanın Laçın rayonu ilə sərhədində yerləşən qədim Azərbaycan kəndi-S.L.) humanitar(?) karvanın toplandığı əraziyə səfəri planlaşdırılır. 
 
Moderator.az xəbər  verir ki, 1lurer.am nəşriniin yaydığı məlumata görə, bunu  Ermənistan hökumətininn “Dağlıq Qarabağdakı humanitar böhranın idarə olunması” üzrə işçi qrupunun nümayəndəsi Vardan Sarkisyan bildirib .
 
Xatırladaq ki , 26 iyul axşam saatlarından 400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə keçirilmək məqsədi  ilə Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığına göndərilib. Hazırda 2-ci sutkadır ki, 19 humanitar(!) yük maşını “Laçın” postunun önündə gözləməkdə davam edir.
 
Azərbaycan isə dəfələrlə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb.
 
Prezidentin köməkçisi Hikmət Hacıyev isə sərt xəbərdarlıq edərək, “Oyun bitdi!” mesajını verib.
 
"Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur. Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb". Bunu isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatına dair şərh edərkən deyib.
Tarix: 28-07-2023, 07:43
Xəbəri paylaş





Xəbər lenti