"BQXK-nin Qarabağa Ağdamdan girməsinə bircə şərtlə razıyıq..."- Petrosyandan həyasızlıq
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin bir hissəsində qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı yanındakı qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Azərbaycan dövlətinə şərt irəli sürmək həyasızlığı edib. Moderator.az xəbər verir ki, “Aysor” nəşrinin yazdığı məlumata görə bu haqda o, öz “Facebook” səhifəsində yazıb.
T.Petrosyan bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam vasitəsilə Qarabağa daxil olması hayklar üçün yalnız bir halda - Vaqif Xaçatryanın geri qaytarılması halında məqbul ola bilər.
“Bütün digər hallarda bu, erməniləri inteqrasiyaya məcbur etmək üçün növbəti addım olacaq”- deyə separatçı çərənləyib.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə həm Rusiya “sülhməramlı” kontingentinə, həm də Qarabağda məskunlaşmış hayklara Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu ilə ərzaq, dərman və s. təchizatının, eləcə də BQXK vasitəsilə humanitar yardımın çatdırılmasının mümkünlüyünü çatdırıb.
Tarix: 6-08-2023, 07:30