Xankəndidə “rus kartı” işə salındı: - Bordov 400 milyondan pay almaq üçün gedib

        

Xankəndidə “rus kartı” işə salındı: -
Özünü Qarabağdakı rus icmasının rəhbəri adlandıran Aleksandr Bordov Xankəndinə səfər edib.

Bölgədə siyasi-hərbi gərginliyin artması fonunda A.Bordov Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatçı addım atıb. Onun qondarma parlamentin rəhbəri David İşxanyanla görüşərək Qarabağdakı rus icmasının fəaliyyətini, icmanın həyatı ilə bağlı problemləri və həyata keçirilən fəaliyyətləri müzakirə etdiyi bildirilir.

Bundan başqa, onlar onrusiya icması ilə separatçı “parlament” arasında ünsiyyətin və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən danışıblar.

Qeyd edək ki, Moskvanın Azərbaycana qarşı təxribatçı layihəsi olan “Qarabağda rus icması” 2021-ci ilin dekabr ayında işə salınıb. Məqsəd Azərbaycanın daxilində ikinci separatçılıq ocağı yaratmaqdır. Planın məqsədi guya Qarabağda yaşayan rus icmasının təhlükəsiliyini təmin etmək adı altında Rusiyanın bölgəyə hərbi müdaxiləsi üçün əsas yaratmaqdır.

Bakıda anadan olmuş Aleksandr Bordov özü isə rəsmi sənədlərdə yazıçı kimi təqdim olunsa da, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademisyasının məzunudur. Yəni Bordov FTX-nin gizli zabiti kimi Qarabağda Rusiyanın imperiya planlarını həyata keçirməklə məşğuldur. Onun Xankəndinə gəlişi və terrorçu rejimlə əməkdaşlıq məsələlərini müzakirə etməsi Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasına Rusiyanın mane olmaq niyyətindən xəbər verir.
TEREF.AZ bildirir ki, politoloq Murad Sadəddinov Cebhe.info-ya açıqlamasında Bordovun Xankəndinə səfərini cinayətkar ünsürlərin dələduzluq fəaliyyəti kimi şərh edib. Ekspert hesab edir ki, Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına mane ola bilməyəcək:

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında Azərbaycanın dövlət strukturlarının fəaliyyət imkanı məhduddur. Bundan istifadə edən müxtəlif cinayətkar qruplar həmin ərazidə narkotiklərin istehsalı, daşınması və satışı, qanunsuz silahlı birləşmələrdən istifadə kimi əməllər törədirlər. Ona görə də sülhməramlıların müvəqqəti nəzarət zonasında dələduz qüvvələrin meydana çıxmasını hələ görəcəyik.

Vardanyanın timsalında bu cinayətkarlardan birini artıq görmüşük. İndi də bəziləri rus icması adı altında ortaya düşməklə divident əldə etməyə çalışacaqlar. Amma hesab edirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur və Azərbaycan qarşısına qoyduğu bütün planları həyata keçirəcək. BMT-nin Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən sonra Ermənistanın təkliflərinin qəbul olunmaması Azərbaycan tərəfinin öz məqsədinə çatacağını göstərir”.

Murad Sadəddinovun sözlərinə görə, Qarabağda rus icması mövcud deyil:

“Qarabağda rus icması oyuncaq qurumdur. Onun heç bir strukturu da yoxdur. Sadəcə olaraq, Ermənistan tərəfindən Qarabağda yaşayan ermənilərə il ərzində 400 milyon dollara yaxın vəsait ayrılır. Bordovun Xankəndinə səfəri də həmin vəsaitin mənimsənilməsi ilə bağlı oyunların bir hissəsidir”.
Tarix: 22-08-2023, 21:47
Xəbəri paylaş





Xəbər lenti