Paşinyan sülh müqaviləsinin razılaşdırılmış maddəsindən danışdı
"Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var. Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.
Moderator.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyasında deyib. Nikol Paşinyan bu məsələyə hökumətin sülh müqaviləsinin imzalanması üçün konstitusiyanı dəyişmək niyyətinin olduğuna dair iddialar barədə suala cavab verərkən toxunub.
Baş nazir deyib ki, konstitusiya ölkənin daxili həyatının təşkili üçündür, amma eyni zamanda həm də xarici əlaqələri nizamlayır. Paşinyan əlavə edib ki, ətraf dünya ilə münasibətlər yeni şəraitlərə uyğun olaraq qurulur və dünya hazırda indiki konstitusiyanın qəbul olunduğu vaxtlardakı dünya deyil.
Baş nazirin sözlərinə görə ən mühüm məsələlərdən biri də xarici mühitdə daha təhlükəsiz olmaqdır:
"Biz ordu və xarici münasibətlər dedikdə təhlükəsizlik komponentini nəzərdə tuturuq. Amma bura üçüncüsünü də əlavə etməliyik. Ordu və xarici münasibətlər dövlətin beynəlxalq aləmdə tanınmış ərazisində onun legitim maraqlarına xidmət etməlidir. Bu təhlükəsziliyin səviyyəsini qaldırmağa hesablanmış addımdır”.
Tarix: 8-02-2024, 09:38