Qarabağdan köç edən ermənilər geri qayıda biləcəklərini deyirlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Qarabağdan köç edən ermənilərin martın 20-də İrəvandakı Azadlıq meydanında hüquqlarına hörmət edilməsini tələbilə toplaşdıqları bildirilir. “Beynəlxalq ictimaiyyət özünə gəlməli, qondarma "Artsax xalqı"nın başına gələnləri başa düşməli və dəqiq qiymət verməlidir. Bu, soyqırımdan və insanlığa qarşı cinayətdən başqa bir şey deyil. Biz tələb edirik ki, hüquqlarımız qorunsun və vətənimizə qayıtmaq imkanı verilsin”, – nümayişçilərdən biri bildirib. Dia-az.info-nun xəbərinə görə, qondarma “Artsaxın (Qarabağ) keçmiş dövlət naziri” kimi təqdim olunan Artak Beqlaryan vurğulayıb ki, onlar Dağlıq Qarabağa yalnız yüksək beynəlxalq təminatlar şəraitində qayıtmağa hazırdırlar. “Mənim fikrim budur ki, istənilən birbaşa Azərbaycan üsul-idarəsi istisna edilməlidir, çünki bu qayda soyqırımı qaydasıdır. Beynəlxalq müdafiənin ən yüksək mexanizmləri olmalıdır, mümkün qədər beynəlxalq təhlükəsizliyə təminatlar olmalıdır. Biz orada suveren dövlətə, həyata rəhbərlik edə bilərik”, – Beqlaryan bildirib. Aksiyaçıların bir çoxu beynəlxalq sülhməramlıların iştirakı ilə qayıtmağa hazır olduqlarını bildiriblər. Daha öncə rəsmi Bakı ermənilərin Qarabağa qayıtması üçün onların Azərbaycan vətəndaşlığını qəbul etməsinin kifayət etdiyini bildirib.