Dünən Ermənistan rəsmilərinin verdiyi açıqlamalarında məlum oldu ki, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə Ermənistanın təhlükəsizliyi, bu dövlətin “inkişafı” ilə bağlı üçtərəfli görüş keçiriləcək. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər. Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əslində Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması və Azərbaycanla Ermənistan arasında sülh prosesinə “dəstək” verilməsi həqiqəti əsk etdirmir. Sadəcə olaraq məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Həmçinin Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması üçün çalışmasıdır. Bu addımlar regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə edilib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, ümumiyyətlə Brüsselin bu proseslərə töhvələri real görünmür: “Daha əvvəl Avropa İttifaqi missiyasının rəhbəri formasında Ermənistan ərazilərində olan Markus Ritter və ətrafındakı adamlar Azərbaycan Ermənistan münasibətləri ilə bağlı fikir bildirmək iqtidarında deyil. Azərbaycan belə bir missiyanın fəaliyyətini yersiz hesab edir. Digər tərəfdən isə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu altında Bakı və İrəvan arasında uğurlu danışıqlar gedirdi. Bu danışıqlar prosesini sabotaj edən məhz Ermənistan və onun təxribatçı hakimiyyəti olmuşdur. Ona görə də belə bir təxribatçı ölkənin Avropa İttifaqı ilə Rusiya, İran və Türkiyə Azərbaycan əleyhinə hansısa iş birlikləri etməsi regiona gərginlik gətirə bilər. Hamıya bəllidir ki, hər gün Avropa İttifaqının mülki missiyası adı altında Ermənistan ərazilərindəki Qərbin casus şəbəkəsinin fəaliyyət dairəsi genişlənir. Onlar Ermənistan və Azərbaycan şərti sərhəddində durbinlə Azərbaycan əsgərini güdməklə yanaşı eyni zamanda, kəşfiyyat fəailiyyəti aparırlar. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxaro Ermənistan ərazisində olan Avropa İttifaqı missiyasını Azərbaycan, Türkiyə, İran və Rusiya əleyhinə kəşfiyyatçı fəailiyyət kimi dəyərləndirir. Bu gün Paşinyanın apreldə Brüsselə dəvət edilməsi və öz ərazisində Rusiya əleyhinə ikinci Ukrayna cəbhəsini yaratma cəhdləri Cənubi Qafqazda gərginlik ocaqlarının alovlanmasına səbəb olur”.