"Torpaqlarımızı işğal altında saxlayanlar bizi "hüquq" çərçivəsində günahlandırırlar" - "Oğru" elə bağırdı ki...
"Təəccüblənmədiyimiz bir hadisə daha. “Freedom House” təşkilatının 2024-ci il hesabatı qərəzlidir, bir tərəfli mövqedən hazırlanıb. Sanki bunu da elə ermənilər hazırlayıb. Araşdırma nəticəsində məlum oldu ki, elə doğurdan da Azərbaycanla bağlı məsələləri ermənilər hazırlayıb. Çünki “Freedom House” təşkilatının vitse prezidenti Anni Boyacıyandır. Orada da çoxsaylı erməni çalışır". Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov açıqlama verib. Politoloqun fikrincə, ermənilərin məkrli siyasətinin görünən nümunəsidir və onlar hələ də Azərbaycanın qələbəsini qəbul edə bilmirlər.
“2023-cü ilin sentyabrında bir günlük lokal antiterror tədbirləri zamanı bölgədə yaşayan əhalinin burnu da qanamadı və bir gündə bütün məsələlər həll olundu. Erməni terrorçuları silahlı və qeyri-qanuni fəaliyyətdə olan dəstələri Azərbaycanı tərk etdilər.
Azərbaycanlıların öldürülməsində, qətllər törədilməsində əli olan ermənilər də "gizli" yollarla çıxıb, getdilər. Biz ərazidə yaşayan həmin şəxslərə nə qədər təklif etdiksə, “qalın, Azərbaycan vətəndaşlığını qəbul edin”, onlar bu təklifi qəbul etmədilər və qalmadılar. Çünki onlar da bilirdilər ki, cinayət törədiblər.
Bu gün Azərbaycanı insan hüquqlarına pozmaqda günahlandırırlar. Bir milyondan artıq qaçqını olan Azərbaycanı həm də... İllərdir Birləşmiş Millətlər Təşkilatının 4 məlum qətnaməsinin yerinə yetirilməsinə çağırış etmədilər. İndi Azərbaycanı tənqid etməyə. “Azərbaycan avtoritar Rusiyanın yanındadır”- deyirlər. Xeyr, biz heç kəsin yanında deyilik. Biz sadəcə həqiqətin yanındayıq. Biz öz dövlət siyasətimizin yanındayıq. Və biz xalqın maraqlarının yanındayıq. Azərbaycan hökuməti, Azərbaycan prezidenti Azərbaycan xalqının maraqlarından çıxış edərək hərəkət edir və bu istiqamətdə siyasət qurur. Hər bir prezident dövlətinin təhlükəsizliyinin təminatçısıdır və vətəndaşının təhlükəsiz yaşamasına təminat verir. Bunu da bizim Azərbaycan prezidenti tam edir, Azərbaycan hökuməti edir. Heç bir vətəndaş fikirləşmir ki, “sabah bizə xaricdən kimsə hücum edər, nə olar, nə olmaz”. Bunun hamısını düşünən prezidentdir və onun təşkil etdiyi hökumətdir. Buna görə də öncədən və önləyici tədbirlər görülür”-deyə politoloq vurğulayıb.
Elşad Həsənov əlavə edib ki, uzun illər torpaqlarımızın bir qismi işğal altında qalıb. Torpaqlarımız Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə ordumuz tərəfindən azad edilib. Bu da bizi, Azərbaycanı istəməyən qüvvələrin xoşuna gəlmir və onları narahat edir. Bu səbəbdən də, bizə qarşı qərəzli və qeyri-obyektiv mövqe sərgiləyirlər.
“Gürcüstanla da bağlı məsələlərə toxunulur. Gürcüstanda demokratika inkişaf edir, Gürcüstan bizim dost ölkədir. Onlar artıq neçə gündür ki, xarici agentlər haqqında qanun qəbul edilməsinə etiraz edirlər. Hansı dövlət siyasətin necə qurur və qurmalıdır, heç kim bunu bu təşkilatdan - “Freedom House”dan soruşmamalıdır. Və yaxud da onların fikirləri ilə hərəkət etməməlidirlər. Bu səbəbdən də, Azərbaycanın apardığı siyasət bu təşkilatı qane etmir. Çünki Azərbaycanda apardıqları əks təbliğata görə onları buradan çıxarmışıq. Onların buradakı fəaliyyətinə qadağa qoymuşuq. Bu, bizim müstəqil siyasətimizdir. Biz onların hesabatını qərəzli hesab edirik. Onlara çağırış edirik ki, milli maraqlarımıza toxunmasınlar və bizim daxili işlərimizə qarışmasınlar. Biz nəyi, necə etməyi onlardan daha yaxşı bilirik”-deyə politoloq qeyd edib.
Politoloq vurğulayıb ki, Ermənistan yazır ki, son bir ildə Rusiyadan uzaqlaşmaq üçün ciddi ölçüdə addımlar atır.
“Bu addımların nəticəsi nə olacaq? Ermənistanda yaşayan ermənilər üçün hansı xoş münasibət yaradacaq və ya əhalinin vəziyyətini düzəldəcək? Bütün siyasi gedişlərin nəticəsini yaxın zamanlarda görəcəyik. Rusiyadan qopmaqdan ötrü Qərbə və Amerikaya verdiyi sözü yerinə yetirməyə çalışan Ermənistan nəyə nail olacaq, biz bunu yaxın bir neçə ayda görəcəyik”-deyə Elşad Həsənov bildirib.
Xatırladaq ki, bir neçə gün öncə “Freedom House təşkilatı 2024-cü il hesabatını təqdim edib və hesabatda Azərbaycanın maraqlarının əksinə ciddi şəkildə toxunulub.