Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK! - SƏBƏB İSƏ...

Kəlbəcərin mərkəzində vətəndaşlar öz evlərini TİKƏ BİLMƏYƏCƏK!
Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntəqələrinin şəhərsalma əsaslandırılması hazırlanacaq. Bununla bağlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı müvafiq işlərə başlayıb. Bərpa-quruculuq işləri tamamlandıqdan sonra azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlər yerləşdirilir və dövlət tərəfindən mənzillərinaçarları isə təqdim olunur. Bəs sözügedən ərazilərdə məcburi köçkün olmayan vətəndaşlar öz evlərini tikə biləcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, bir sıra rayonlarda şəhərsalma planları hazırdır. Elə rayonlar və mərkəzləri var ki, bu xüsusi olaraq şəhərsalma planlarına əsasən həyata keçirilir:

"Yəni burada digər fərdi yaşayış evlərinin tikintisi şəhərlərin baş planına uyğun olmalıdır. Lakin vətəndaşlara daha çox Kəlbəcərdə şəhərin mərkəzində öz evlərini inşa edə bilməyəcək. Çünki Kəlbəcərin şəhəri sırf turizm nəzərdə tutulub. Orada istirahət mərkəzləri və otellər inşa olunacaq. Şəhərin özündə fərdi yaşayış evləri yox, ən çox çoxmənzilli binaların inşası nəzərdə tutulub. Kəlbəcər şəhərində həmin binalardan vətəndaşlara ev verilə bilər".

Ekspertin sözlərinə görə, Kəlbəcərin kəndlərində isə vətəndaşlara fərdi yaşayış evlərini tikə biləcək. Bölgədə mina məsələləri öz həllini tapdıqdan və məskunlaşma üçün şərait yaradıldıqdan sonra, həyata keçiriləcək:

"Məcburi köçkün olmayan vətəndaşlarımızda bu istiqamətdə müraciət edə biləcəklər. Onların müraciətləridə müsbət qiymətləndirilir. Onlarada müvafiq yerlər ayrıla bilər. Bunun üçün digər rayon və şəhərlərdə olduğu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq saytı vasitəsilə müraciət olunacaq. Həmin şəhərlərin, kəndlərin və rayonların baş planlarına uyğun olaraq ərazidə yerlər ayrılacaq. Məcburi köçkünlər isə bu evlər pulsuz olaraq inşa edilib təhvil veriləcək".

Şəhərsalma əsaslandırılmasının hazırlanması işləri Cəbrayılın Yuxarı Mərcanlı, Cocuq Mərcanlı kəndləri, Qubadlının Balasoltanlı, Qaraimanlı, Padar, Xocik, Mərdanlı, Diləli Müskənli, Saray, Qəzyan kəndləri, Laçının Səfiyan, Türklər, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Daşlı kəndi, Hətəmlər, Hacıxanlı, Bulaqdərə, Qovuşuq, Vəlibəyli, Narışlar kəndləri, Kəlbəcərin isə Keşdək, Çəpli, Susuzluq kəndlərini əhatə edəcək.
Tarix: 21-05-2024, 08:43
Xəbəri paylaş





Xəbər lenti