Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib - FOTO/VİDEO

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib
Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. Bu barədə MN-dən xəbər verilib.



Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.
Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.
Tarix: 5-08-2024, 23:37
Xəbəri paylaş





Xəbər lenti