Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 336223 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330338 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.
Ölkədə son sutka ərzində 9851, hazırkı dövrədək isə 3767982 test aparılıb.