Yeni “sürprizlərə” hazır olaq:““Delta +” ştammının “ayaq səsləri”... ”






Koronavirusun yeni varinatı olan Delta ştammı sürətlə yayılmağa davam edir. Artıq dünyanın 11-dən çox  ölkəsində yeni ştamma rast gəlinib.
Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar.

Hazırda Delta ştammının ölkəmizdə yayılıb-yayılmayacağına dair geniş müzakirələr aparılır. Xüsusilə, payız ayında müəyyən gərgin vəziyyətin olacağı iddia olunur. Həqiqətən də, yeni varinat Azərbaycan üçün təhlükəli hal yarada bilərmi?

Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, dünyada “Delta” ştammı yaz aylarından mövcud idi. Professor qeyd edib ki, hazırda “Delta plus” ştammı sürətlə yayılmaqda davam edir:

“Koronavirusun “Delta plus” ştammının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir. Alimlər və tədqiqatçılar sözügedən ştammı yeni növ pandemiyanın başlanğıcı və qorxulu dördüncü dalğanın başlanğıcı hesab edirlər”.  Delta plus”un əsas özəlliyi ondan ibarətdir ki, burada virusun çox asanlıqla hüceyrə daxilinə keçməsi mümkün olur və istifadə edilən peyvəndlər, insanlarda olan güclü immunitet “Delta plus”dan qorunmağa tam kifayət edə bilmir. Alimlərin fikrincə, immuniteti güclü olan şəxslər sözügedən virusu nisbətən yüngül keçirəcəklər. Buna baxmayaraq biz arxayın olmamalı və yeni sürprizlərə hazır olmalıyıq”.

A.Qeybulla hesab edir ki, “Delta plus” ştammının yayılması yeni növ ciddi dalğaya səbəb olma ehtimalını yüksəldir:

“Adıçəkilən ştamm çox yoluxudur və öldürücülük qabiliyyəti də yüksəkdir. Koronavirus infeksiyası yayılanda uşaqların xəstəliyi əlamətsiz keçirmələrini bildirirdik, indi uşaqlarla bağlı vəziyyət gərgindir. “Delta plus” uşaqlara təsirsiz ötüşmür və onların əsasən mədə-bağırsaq sistemlərində ciddi problemlərə gətirib çıxara bilir”.
Tarix: 2-07-2021, 23:56
Xəbəri paylaş





Xəbər lenti