Görəsən yenə də süni şəkildə, həmişəki kimi zəhərli kimyəvi maddələrin ətraf mühitə səpilməsi nəticəsində yayılan ”Delta” neçə insanın həyatına son qoyacaqdır?“Azərbaycana Delta virusu gəlir” deyib ağzı köpüklənən həkimlər, mütəxəssislər yenə ova çıxıblar.Medicina.az xəbər verir ki, psixiatr həkim, müstəqil tibbi ekspert Abdulla Şıxlınski bu dəfə Delta ştammı ətrafında baş verənlər barədə açıqlama verib.
“ Koronavirus pandemiyası qlobal siyasi-kommersiya planıdır, qlobalistlərin planlarına görə bu proekt 2080-ci ilə qədər davam etməlidir, artıq bu vaxta dünya əhalisinin sayı 9 milyarddan 1 milyarda endirilməlidir. Vaksinlərin vurulma tempi ləngidikdə “Yeni ştamlar” uydurulmalıdır, uydurulmuş yeni ştamlar vaksinlərin böyük dozada və tez-tez vurulmasına şərait yaratmalıdır.”Delta” bu məqsədlə uydurulmuşdur. Əgər ehtiyac olsa, qlobal qüvvələr hər ölkə üçün daha yeni ştamlar uyduracaqlar: nə vaxtsa Binəqədi və Xırdalan ştamları elan olunsa, heç də təəcüblənməyin.
Yaxın ayların ssenarisi təxmini belə olacaq:
Yüksək rütbəli həkim-məmurlar “Ay camaat, “Delta” gəlir, sizi öldürəcək, maska taxın, test verin, vaksin vurdurun, karantində oturun, SMS-lə küçəyə çıxın, kim inanmasa, onun evindən 3-4 meyit çıxacaq, qorxun, ay camaat, qorxun!”-deyəcək, televizorlar-zombovizorlar bütün günü bu haqda haray çəkəcək.
Lakin insanları daha güclü qorxutmaq üçün “Delta”nı təmin edəcək kimyəvi silah daha güclü və toksiki olmalıdır, daha çox insan qırılmalıdır.Qlobal qüvvələr və bizim təbliğatçı “həkimlərimiz” bunu açıq etiraf edirlər: “Delta daha dəhşətli olacaqdır.”
İstisna deyil ki, bütün sərhədlər yenidən bağlanacaq, küçələrdə polislər maskasız insanların arxasınca qaçaraq cərimə normasını doldurmağa çalışacaqlar, bütün nəqliyyat bağlanacaq, insanlar isə Deltadan ölən qohumlarının yas mərasimlərini də verə bilməyəcəklər, çünki sosial distansiya gözləmək tələb olunacaq.
Əgər möcüzə baş versə, sadalanan hadisələr baş verməyə də bilər...
Dünya əhalisi bu koronavirus mifi qarşısında baş əyməklə, özünün intellektual səviyyəsinin nə qədər aşağı olduğunu sübut etdi, hər bir insan özünü hamıdan ağıllı hesab etməsinə baxmayaraq, elə bu hissin qurbanı oldu, intellektual komfort istəyi insanları düşünmək həvəsindən məhrum etdi, hər bir fərd hazır məlumatlara inandı, televizorun, kütləvi informasiya vasitələrinin, Sərbəst analitik təfəkkür blokada olundu, qorxu fərdlərin düşüncəsinə hakim kəsildi.
Psixiatriyada bu hadisəyə “Ayıq vəziyyətdə həyata keçirilən hipnoz” deyilir. Hal-hazırda dünya əhalisinin yarısından çoxu reaktiv psixoz vəziyyətindədir. Rusiya psixiatrları bu patoloji vəziyyəti “koronofreniya” adlandırmışlar.
Çox maraqlıdır ki, dünya mikrobioloqları koronavirusu açıq-vizual göstərən, onun haradasa indiki anda varlığını sübut edən metodun olmadığını qeyd edirlər, onlar deyirlər:”Ey koronavirusa səcdə edənlər, onu harada-adi mikrioskop, elektron mikroskopu altında görsəniz, bizə də göstərin".
Lakin, yalançı pandemiya elan olunandan bəri heç bir mütəxəssis heç elektron mikroskopu altında da koronavirusu görə bilməmişdir. Bəs bu bədbəxtlər “Korona” deyərək dad edir, kimi dindirəndə “Mən də korona keçirdim” deyir, lakin heç kəs düşünmür ki, əgər bir infeksion agent hətta elektron mikroskop altında da görünmürsə, onun varlığından necə danışmaq olar?!”
Tarix: 9-07-2021, 16:28