Kovid peyvəndi qrip vaksinindən 500 dəfə təhlükəlidir – Amerikalı həkim






COVİD vaksini qrip peyvəndindən də 500 dəfə təhlükəlidir. Onun neqativ təsirləri insanlara daha çoxdur.
Siam.az medicina.az-a istinadən bildirir ki, bunu Amerika həkim və cərrahlar Assosiasiyasının üzvü Cozef Merkol deyib.
"ABŞ-da 11 iyundan sonra 6 min letal sonluq, vaksin olunmuş vətəndaşların ölümü qeydə alınıb. Vaksindən sonra əks təsir və ağırlaşmalar faktı isə 358 min nəfərdir.
Əvvəllər ən təhlükəli vaksin mövsümi qrip ştamlarına qarşı hesab olunurdu. Lakin kovidə qarşı preparat ondan 500 dəfə daha təhlükəlidir. Kovid vaksinin təhlükəsi ondan ibarətdir ki, onun təsiri təxirə salınmış ola bilər. Yəni əks reaksiyası 1-2 il sonra özünü göstərə bilər.
Amma 2-3 il sonra şikayətlərlə gələcək xəstələrdə heç kim vaksin izi axtarmayacaq. Hesab edirəm, növbəti yarım ildə ABŞ-da daha 15 min insanı vaksin səbəbindən itirəcəyik"
Tarix: 14-07-2021, 09:14
Xəbəri paylaş





Xəbər lenti