Tərtərdə “COVİD-19”-a qarşı vaksinasiya prossesi davam edir


Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik olaraq rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiyadan keçməsini həyata keçirir.
İndiyədək rayon sakinlərinə 35 min 112 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 179, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 12 min 933 nəfərdir.
Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildiriblər.
Tarix: 14-07-2021, 22:54
Xəbəri paylaş





Xəbər lenti