Böyük Britaniya uşaq və yeniyetmələrin kütləvi peyvənd edilməsindən imtina edir

Vaksin - peyvənd

Böyük Britaniyanın rəsmi rəhbərliyi uşaq və yeniyetmələrin koronavirusla əlaqədar kütləvi peyvənd edilməsindən imtina etdilər.

Siam.az bildirir ki, bu barədə “The Telegraph” nəşri yazır.
Nəşrin məlumatına görə, Peyvənd və İmmunlaşdırma üzrə Birgə Komitə (JCVI) əlavə risklər əldə edilənə qədər uşaqları peyvənd etməkdən çəkinməyə çağırıb. Yalnız 12 ilə 15 yaş arası, koronavirusa qarşı həssas olan uşaqların, həmçinin risk altında olan böyüklərlə birlikdə yaşayanların və üç aydan sonra 18 yaşı tamam olacaq yeniyetmələrin peyvənd edilməsi təklif olunur.
Onlar üçün isə Dərman Nəzarəti İdarəsi tərəfindən təsdiqlənmiş Pfizer / BioNTech peyvəndindən istifadə olunması planlaşdırılır.APA
Tarix: 18-07-2021, 22:31
Xəbəri paylaş





Xəbər lenti