Fransanın Hold-Up Media agentliyi 2008-ci ildə virusologiya sahəsindəki uğurlarına görə Nobel Tibb mükafatı almış professor Luc Montagnierin may ayında qeydə alınmış müsahibəsini yenidən yaymaqla qalmaqallara səbəb olub.
Tibb professorunun dediyinə görə, koronavirus vaksinləri antitellərlə bağlı yeni xəstəliklərin yaranmasına səbəb ola bilər və bu ölüm saylarını artıracaq. Bu fikirlərin ardından sosial şəbəkələrdə Luk Montagnierə istinadən müxtəlif iddialar səslənib və doktorun vaksin olan şəxslərin 2 il içində öləcəyini dediyi iddia edilib.Əslində professor fikirlərini bu şəkildə izah etmişdi: Virus vurulduqdan və insan bədənində antitellər yarandıqdan sonra koronavirus dəyişir, başqa formaya bürünür,yeni variantda onun tanınması çətin olduğu üçün ölümlərə səbəb olur.
Maraqlıdır ki, təkzib vermək əvəzinə Fransanın bəzi ciddi media orqanları Nobel mükafatı almış doktora və Hold Up Media agentliyinə inanmamağa çağırıb, bu agentliyin güvənilir xəbər qaynağı olmadığını yazıb. Luc Montaignier 2017-ci ildə Fransa hökumətinin məcburi peyvəndləmə qərarına qarşı çıxan alimlərdən biridir. Lakin məslə bununla da bitməyib, koronavirusun bu yay mövsümündə də dünyadan yoxa çıxmadığını, hətta 2025-ci ilə qədər mövcud durumun davam edəcəyini iddia edənlərin fonunda antiqlobalistlər bütün bunların qlobalistlərin oyunu olduğunu iddia ediblər. Rusiyanın REN Tv kanalında yayımlanan bir nəzəriyyəni diqqətinizə çatdırmaq istərdik:
“Dünyada insanları idarə edə bilməyin yolu böyük müharibələr yox, kiçik, gözəgörünməz lakin letal nəticələr verə biləcək viruslardır. Qlobalistlər tərəfindən dünyadakı insanları məhv edib saylarını 1 milyarda endirmək hədəflənib.
Bunun üçün ən ağıllı versiya müharibələr yox, viruslar olmalı idi. Karantindən sonra dünya tamam başqa yöndə irəliləyəcək. Ən birinci virus yaratmaq lazım idi. O az öldürücü qabiliyyətli olmalıydı. Məsələn öldürücülük qabiliyyətinin 10 faiz təşkil etməsi, maksimal şəkildə yayıla bilsin deyə inkibasiya müddətinin 14 -30 gün çəkməsi arzuolunan idi. Bu virus mürəkkəb bioloji koda malik olmalıydı ki, onu ilk iş ilində sındırmaq, çözmək mümkün olmasın. Bu virus adi mövsümi qrip viruslarına bənzəməliydi ki, psixoloji təzyiq artsın. Həddən artıq geniş yayılması barədə inanclar güclənsin. Belə olardısa, istənilən soyuqlamanı, iltihabı koronavirusun adına yazmaq asan olardı. Karantindən bezmiş insanlar kollektiv immunitetin yaranması naminə vaksinin tezliklə yaranması və tətbiqini arzu etsinlər. Virisun bütün dünyada geniş yayıla bilməsi üçün vaksinin tapılması barədə xəbər gecikdirilir. Vaksinlə yer kürəsi insanlarının 7 milıyard nəfərini əhatə etmək planlaşdırılır. Yerdə qalan 1 milyard həmin lazım olan qızıl milyard olacaq.Məhz bu 1 milyardlıq insanlar qaldıqdan sonra orta təbəqə olmayacaq, dünya iki təbəqə arasında formalaşacaq. Az miqdarda varlılar və onlar üçün çalışan yoxsullar.Elə buna görə karantin dövrünəd orta sahibkarlığın aradan qaldırılması hədəflənib. Növbəti sənaye inqilabı dövründə insan əməyini robotlar əvəz edəcəksə o zaman bu insanlar nəyə lazımdır? Deməli sayları azaldılmalıdır. Distant təhsilin keyfiyyəti azaltması da bu planın bir hissəsidir. Gələcəyin insanlarına kütləvi şəkildə bilgili olan şəxslər lazım deyil. Distant təhsil qlobalistlərin arzusudur, həm ucuz başa gəlir, həm də aşağı keyfiyyətlidir. Qlobal fond birjaları yüksəlməyə başlayıb. Bəzilərinə görə əslində bu qlobalistlərin birja manipulyasiyasıdır. Çünki bütün dünyada varlılarla kasıblar arasında fərq sürətlə uçuruma dönüşür və əslində real sektorda orta və kiçik biznes böyük böhran yaşamaqdadır”.
Bütün bu deyilənlər 2 il ərzində baş ayaq olmuş dünyadan baş verənlərdən nəticə çıxaran antiqlobalistlərin düşüncələridir.
Bəs qlobalistlər nə düşünr, nə istəyirlər?
Soros Fondunun əsas rəhbər tutduğu “açıq cəmiyyət” ideyası dünyanı öz hökmranlıqları altında birləşdirməyi, ümumdünya hökumət qurmağı hədəfləyən qlobalistlər tərəfindən ortaya atılıb. Qlobalistlərin önündəki başlıca əngəlin milli dövlət və hökumətlərdir. Qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər müxtəlif yollar və səbəblərlə devrilir.
Qloballaşmanın alternativi indi yaşadığımız çoxqütblü, müxtəlif mədəniyyətlərin yanaşı yaşadığı, robotların yox, insanların məskunlaşdığı həqiqi dünyadır.
Nə üçün qlobalistlər milli dövlətləri sıradan çıxarmaq və dünya imperiyası qurmaq fikrindədir? Bu gün ayrı-ayrı xalqların inkişafı və müstəqil fəaliyyəti üçün milliliyini qoruyan dövlətlər çox vacibdir. milli dövlətin mövcudluğu xalqın statusunun və suverenliyinin daim aktual olacağını təmin edir. Dünyanın düzəninin milli dövlətlərdən ibarət olmasını qəbul etməyən qlobalistlərin fikri daha çox Qərb mədəniyyətini və yaşayış tərzini ixrac etməklə təkqütblü dünya nizamı formalaşdırmaq və ümumi idarəçilik mərkəzləri yaratmaqdır.
Amma bunu nə üçün ölümlər bahasına etsinlər? Koronavirus axı ağıllı seçim etmir.Qurbanları müxtəlif insanlar ola bilir. Planda 7 milyardlıq əhalini 1 milyarda endirmək maddəsi olmasaydı, əslində bütün sivilizasiyanın vahid birlik, harmoniya, sülh içində yaşaması şüarı pis səslənməzdi. Belə çıxır ki, Yer üzündə yaradılacaq cənnətdə həm də cəhənnəm mövcud olacaq? Hər bir halda təzadlı fikirlərdir. Bəlkə də ona görə təzadlı görünür ki, bu pazlın hələ yerini almamış hissələri, bizlərə tam verilməyən bilgilər var. Hər bir halda bu insanın planıdı, yaradan isə başqa şey düşünür. Yaşatmaq və ya məhv etmək onun iradəsindədir.
Tarix: 24-07-2021, 16:37