“Operativ” saxtakarlıq: "Yeni Klinika” Nazirlər Kabinetinin yalanını necə ifşa etdi?



“Operativ” saxtakarlıq: "Yeni Klinika” Nazirlər Kabinetinin yalanını necə ifşa etdi?
İctimaiyyət arasında hökumətin koronavirus maxinasiyası ilə məşğul olduğuna dair qəlibləşmiş təsəvvür var. Bu mülahizəyə əsasən, hökumət vətəndaşlara tam nəzarət etmək üçün istədiyi vaxt koronavirus statistikasını qəsdən artırır, özünə lazım olanda isə rəqəmləri kiçik göstərərək karantin rejimini yumşaldır. Nə yazıq ki, Qərargah atdığı bir sıra addımlarla bu qənaəti möhkənləndirir.

Ovqat.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün yaydığı rəsmi açıqlama da koronavirus satatistikasının real fakta əsalanmadığını, hökumətin subyektiv maraqları çərçivəsində hazırlandığını göstərir.

Operativ Qərargahın dünənki məlumatında bildirilir:



“Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb. Son 24 saat ərzində koronavirusdan vəfat edən isə olmayıb”.

Maraqlıdır ki, Operativ Qərargahın bu rəsmi statistikasını koronavirus xəstələrini müalicə edən ən böyük tibb ocağı “Yeni Klinika” alt-üst edib. Belə ki, ötən gün həmin klinikada xalq artisti Səməd Səmədovun dünyasını dəyişdiyi məlum olub. “Yeni Klinika”nın məlumatına görə, xalq artisti iyulun 23-nü 24-nə bağlayan gecə vəfat edib. Dolayısıyla, bu ölüm faktı Operativ Qərargahın “son sutka” dediyi zaman kəsiyinə düşür. Orerativ Qərargah isə həmin zaman ərzində koronavirusdan ölüm halının baş vermədiyi iddiasındadır.

Deyə bilərsiniz: “Yeni Klinika”da əsasən koronavirus xəstələri müalicə olunsa da, bu o demək deyil ki, orada yatanların hamısı eyni dərddən əziyyət çəkir. Səməd Səmədovun koronavirusdan vəfat etdiyinin daha konkret dəlili nədir?

Elədirsə, gəlin, daha konkret dəlilə nəzər salaq.

Məsələ burasındadır ki, xalq artistinin məhz koronavirusdan öldüyünü klinikanın reanimatoloqu Emil Qasımov da təsdiqləyib. Ölüm faktı və səbəbi ilə bağlı həkimin mətbuat açıqlamasında bildirilir:

"Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib"...

Göründüyü kimi, Emil Qasımov xalq artistinin koronavirusdan öldüyünü başqa mülahizələrə yer buraxmadan açıq şəkildə bəyan edir. Bununla da Operativ Qərargahın saxtakarlığını özü də bilmədən sübuta yetirir.
Tarix: 25-07-2021, 09:21
Xəbəri paylaş





Xəbər lenti