Bizim.Media xəbər verir ki, xarici nəşrlərdən biri insanların 2023-cü ilə qədər uzləşəcəkləri hələ məlum olmayan koronavirus növlərinin adlarını açıqlayıb. Maraqlısı isə nəşr bu ştammların bütün dünyaya yayılması üçün işə sərmayə qoyan “sponsor”ların da adlarını qeyd edib.
Bundan başqa yazıda ştammların ictimaiyyətə nə zaman açıqlanacağı tarixlər də dəqiq göstərilib.
Siyahıda ştammlar qədim latın qrafikası üzrə düzülüb və viruslar hərflərin adları ilə sıralanıb. Burada olan adlara baxdıqda artıq Delta ştammı ilə üzləşdiyimiz görünür.
Sxemdə hərflərin düzülüşünə nəzər saldıqda dünyanın hələ latın qrafikasının ilk 3 hərfi olan alfa, beta, qammadan başqa bütün hərf adları altında virusla uzun müddət mübarizə aparacağı ortaya çıxır.
Ştammların “Baş sponsorları” isə koronavirus pandemiyasının yayıldığı ilk gündən bütün mübarizələrə qoşulan, araşdırmalarda fəal iştirak edən ABŞ-ın “Con Hopkins” Universitetidir.
Siyahıda digər əsas sponsorlar kimi Beynəlxalq İqtisadi Forum və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yer tutub.
Bütün bunlar kanspirologiya xarakteri daşısa da son illərdə baş verənlər “od olmayan yerdən tüstü çıxmaz” anlamını aktuallaşdırıb. Bu cür kanspirologiyalar dünyanı idarə etmək üçün beyin mərkəzləri tərəfindən də ortaya atılır və özündə hazırlıq effekti daşıyır.
Bundan başqa yayılan fotoda müəllif insanları ağılla hərəkət edib, manipulasiyaya olunmamağa çağırıb.
Sözügedən fotonu təqdim edirik: