Yoluxma da sürətlə artır, ölənlər də...
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, koronavirusla bağlı analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.
Qeyd edək ki, ötən gün Operativ Qərargah 1196 yeni yoluxma halının qeydə alındığını, 4 nəfərin öldüyünü açıqlamışdı.
Koronavirus hazırda dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da yenidən sürətlə yayılmağa başlayıb və mütəxəssislər bunun səbəbinin daha çox yoluxdurucu olan “delta” ştammı ilə əlaqəli olduğunu bildirirlər.
Tarix: 6-08-2021, 21:17