Azərbaycanda virusa təkrar yoluxma?- MÜƏMMA
Bütün dünya hələ də koronavirusla mübarizə davam edir.Virusla mübarizədə hazırda ən effektiv yol peyvəndlənmədir. Şəxsi gigiyena qaydalarına əməl edilməsi, maskadan istifadə, sosila məsafə qaydalarına əməl edilməsi də vaksindən sonra virusdan qorunmağın əsas şərtlərindən biridir.
Bütün bu tədbirlərin görülməsinə baxmayaraq, virusa yoluxma və ölüm halları davam edir. Hətta virusun daha təhlükəli ştammları da yaranıb. Virusa yoluxub sağalanlar bu bəladan tamamilə xilas olunmuş sayılmır. Çünki virusa yenidən yoluxma halları da aşkarlanıb. Bəzi ölkələrdə bununla bağlı rəsmi məlumatlar açıqlansa da, bizdə virusa yenidən yoluxma halları ilə bağlı rəsmi məlumat yoxdur.
Maraqlıdır,
Azərbaycanda virusa yenidən yoluxma halı aşkarlanıbmı? Bu barədə statistika necədir? Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)
Cebhe.info-ya verilən məlumata görə qurumda bu barədə hər hansı bir məlumat yoxdur:
“Sualınızla əlaqədar zəhmət olmasa Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edin. Ölkə üzrə ümumi statistika Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanır”.Operativ Qərargahdan da suala cavab almaq mümkün olmayıb.
Tarix: 6-08-2021, 21:43