Vaksinlər sınaq məqsədilə vurulur, ortada hələ ki, heç bir tibbi nəticəsi yoxdur
"Bir müddətdən sonra vaksinsiz bir çox ictimai-iaşə obyektlərinə, nəqliyyat sektoruna girməyə qadağa qoyulacaq"
Bir sıra ölkələrdə vaksinin vurulması ilə balı kampaniyalar həyata keçirilir. Məsələn, ABŞ-ın Ohaya ştatının federal koronavirus yardım fondları vaksin vurduran 5 amerikalıya 1 milyon dollar pul mükafatı təqdim edib. Belə ki, “koronavirus əleyhinə lotereya” kampaniyası ilk günündən nəticəsini göstərib. Ştat sakinləri kampaniyaya düşmək üçün xəstəxanalara axışıb. Bundan başqa, Birləşmiş Ştatların prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif edib.Bir sıra Avropa ölkələri isə vaksin vurulan şəxslərə 250 avro verəcəyini açıqlayıb. Ancaq Azərbaycanda indiyədək belə kampaniyalara rast gəlinmir. Ölkəmizdə də belə kampaniyalar təşkil edilə bilərmi?Mövzu ilə bağlı sosioloq Sahib Altay “Şərq”ə açıqlama verib. O qeyd edib ki, ümumiyyətlə, bütün dünya əhalisinə bu və ya digər şəkildə vaksini vurmaq istəyirlər. Bunun nə dərəcədə effektli olacağı isə sual altındadır:“Bir məsələni qeyd edim ki, vaksin hal-hazırda sınaq məqsədilə vurulur. Nəticəsi nə olacağını isə bilmirik. Bir faktı qeyd edim ki, hal-hazırkı vəziyyətdə Avropa əhalisinə bunu məcbur edə bilmir. Niyə edə bilmir? Çünki Avropa insanın hüquq anlayışı ilə Yaxın Şərq insanın hüquq anlayışı eyni deyil. Fərd olaraq və kütlə olaraq da hüquq fenomendir. Bu həm təfəkkürə yansıyıb, həm də həyat tərzinə, praktikaya. Buna görə də burda insanın etiraz haqqı var. Bunu biz hətta pandemiyanın ən sərt vəziyyətində belə gördük ki, Avropanın müəyyən ölkələrində insanlar pandemiya qarşı çıxırdılar. Yəni onlar bildirirdilər ki, siz bizim şəxsi həyat azadlığımıza əlimizdən alırsınız. Hökumətlər də, dövlətlərdə də rəsmi şəkildə bəyanat verirdilər ki, bəs sizin təhlükəsizliyinizə görə edirik. Olar da buna cavab olaraq bildirirdilər ki, bizim şəxsi həyat azadlığımız var və bu seçim yenə də bizim tərəfimizdən olmalıdır. Düzdür, ortada vətəndaşın təhlükəsizliyi var, ancaq insan haqları da digər tərəfdən var deyə, Avropa bunu məcbur edə bilməyib indiyə kimi.
Sosioloq qeyd edib ki, vaksinlər hazırda sınaq məqsədilə vurulur və ortada hələ ki, heç bir tibbi nəticəsi yoxdur:“Avropa bütün əhalisini cəlb eləmək məqsədilə iqtisadiyyatda, siyasətdə insan eqosu üzərindən prinsiplər yeridilir. İnsan eqosu üzərində hədiyyə, bəxşiş şəklində insanların şirnikləndirib bu kütləvi akta könüllü formada imza atmaq istəyir. Azərbaycana gəlincə, biz də rəsmi dövlət tərəfindən elan olunur ki, vaksinasiya könüllüdür. Lakin insanın sosial həyatını təşkil edən müstəvilərki var, bax o müstəvilərdə fəaliyyəti vaksinsiz qadağan edir. Məsələn, restoranlara toya getmək olmaz. Hətta bir müddətdən sonra vaksinsiz bir çox ictimai-iaşə obyektlərinə, nəqliyyat sektoruna girməyə qadağa qoyulacaq. Yəni bu o deməkdir ki, biz də vaksin söz də könüllüdür, ancaq praktika da məcburidir. Sual yarana bilər ki, bəs niyə Azərbaycan Avropa ölkələri kimi insanları şirnikləşdirmədi vaksinə? Pandemiyada gördük ki, Avropadan fərqli olaraq Azərbaycan öz vətəndaşına maddi yardım da etmədi. 190 manat nə pul idi ki, onu dövlət vətəndaşa ianə şəklində verirdi yaxud da sosial yardım şəklində verirdi. Eyni zamanda, Avropada olan sosial yardımlara baxaq. Bizdən çox fərqlidir. Düzdür, burda iqtisadiyyat faktoru da var. Amma mən Azərbaycandan elə bir addımı düzü gözləmirəm. Gələcəkdə insanları məcburi şəkildə onsuz da vurduracaqlar. Bundan əlavə Azərbaycanda insanlar aarsında baş verən proseslərə etiraz mədəniyyəti də formalaşmayıb. Bu da hüquq düşüncəsindən irəli gəlir. Ancaq Avropada etiraz mədəniyyəti formalaşyıb, biz də isə əksinə hər kəs boyun əyir. Ona görə də inanmıram ki, bizdə də hər hansı şirnikləşdirici proseslər həyata keçirilirsin”.
Tarix: 8-08-2021, 17:37